Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:29

Rusiya və Çin təyyarələri birgə patrul uçuşu keçiriblər


Rusiya-Çin mütərək hava patrulunda iştirak edən Tu-95 strateji bombardmançılarından biri
Rusiya-Çin mütərək hava patrulunda iştirak edən Tu-95 strateji bombardmançılarından biri

Çin və Rusiya bundan əvvəl Sakit Okean üzərində cari müştərək hava patrulu keçirdiklərini bildirmişdilər

Cənubi Koreya hərbiyyəsi bildirir ki, noyabrın 30-da iki Çin və altı Rusiya hərbi təyyarəsinin ölkənin hava müdafiəsi məkanına daxil olduğuna görə havaya qırıcılarını qaldırmalı olub.

Reuters agentliyinin xəbərində deyilir ki, Çinin H-6 bombardmançıları noyabrın 29-da səhər Koreya Hava Hücumundan Müdafiə Zonasına cənub və şimal-şərq istiqamətindən dəfələrlə daxil olaraq oranı tərk ediblər.

Bundan sonra onlar Rusiyanın Tu-95 bombardmançıları və Su-35 qırıcıları ilə birlikdə sözügedən zonaya Yapon dənizi istiqamətindən təkrar daxil olublar.

Onların müdafiə zonasında 18 dəqiqəyədək qaldıqları xəbər verilir.

Cənubi Koreya tərəfi qırıcı təyyarələri havaya Rusiya və Çin təyyarələri zonaya daxil olmazdan əvvəl qaldırıb.

Qarabağda Ərdoğan və Əliyevə bağlı şirkətlər...
Gözlə

No media source currently available

0:00 0:06:31 0:00

Havadan müdafiə zonası hava məkanı deyil

Reuters yazır ki, Çin və Rusiya təyyarələri Cənubi Koreyanın hava sərhədini pozmayıblar.

Hava hücumundan müdafiə zonasına daxil olan təyyarələr mövcud qaydalara görə bu barədə əvvəlcədən xəbər verməlidirlər.

Buna baxmayaraq belə zonalara dair ayrıca beynəlxalq qanunlar mövcud deyil.

Moskva Cənubi Koreyanın hava hücumundan müdafiə zonasını tanımır, Pekin isə bildirir ki, bu, Cənubi Koreyanın hava məkanı sayılmır.

Buna baxmayaraq sözü gedən insidentə görə Yaponiya da havaya qırıcılarını qaldırıb.

Çin və Rusiya bundan əvvəl Sakit Okean üzərində cari müştərək hava patrulu keçirdiklərini bildirmişdilər.

Ukraynada müharibə başlanandan

2019-cu ildə Cənubi Koreyanın qırıcıları sözü gedən zonaya daxil olan Rusiya hərbi təyyarəsinə yüzlərlə xəbərdarlıq atəşi açmışdılar.

Bu da xəbər verilir ki, uçuşdan sonra Rusiya bombardmançıları Çində, Çin təyyarələri isə Rusiyanın hərbi hava bazasında yerə eniblər.

Moskva və Pekin bildirirlər ki, birgə patrul uçuşları üçüncü ölkələrə qarşı yönəlməyib.

Associated Press agentliyi bildirtir ki, sentyabr ayında Pekin Rusiya ilə birgə keçirdiyi böyük hərbi manevrlərə 2000 əsgər, 21 döyüş təyyarəsi və 3 hərbi gəmi göndərib.

Xəbərdə deyilir ki, Moskva və Pekin arasında hərbi əməkdaşlıq Moskvanın Ukraynaya qanunsuz müdaxiləsindən sonra daha da intensivləşib.

Rusiya bunun müqabilində Tayvana görə ABŞ-la qarşıdurmada Çin tərəfini dəstəkləyir.

XS
SM
MD
LG