Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:43

Rusiyada COVID-19-dan gündəlik ölüm 900-ü keçib


Moskva, 29 sentyabr, 2021-ci il
Moskva, 29 sentyabr, 2021-ci il

Ölkədə vaksinasiya səviyyəsi aşağıdır, hakimiyyət isə xəstəliyin yoluxmasını önləməkdən ötrü sərtləşdirməyə getmək istəmir

Oktyabrın 6-da Rusiyada son 24 saat ərzində COVID-19-dan 929 ölümün qeydə alındığı açıqlanıb. Bu, pandemiya başlanandan ən böyük gündəlik ölüm göstəricisidir.

Ölkədə vaksinasiya səviyyəsi aşağıdır, hakimiyyət isə xəstəliyin yoluxmasını önləməkdən ötrü sərtləşdirməyə getmək istəmir.

Avropada birinci, dünyada beşinci

Beləliklə, Rusiyada koronavirusdan ölü sayı 212 mini keçib ki, bu da Avropada ən yüksək həddir. Üstəlik, bu statistikanın reallığı əks etdirmədiyi düşünülür.

Rusiya 7.6 milyondan çox yoluxma ilə dünyada beşinci yerdədir.

Avqustdan bəri delta ştammı yoluxmalarda kəskin artıma səbəb olub.

Aylardır ölkədə yerli istehsal olan vaksinlər təklif olunur, hakim orqanlar vaksinə skeptik yanaşan əhalini peyvənd etdirməyə çalışır.

Regionlarla bağlı Covid-19 statistikasını yığan Gogov vebsaytının məlumatına görə, oktyabrın 6-dək Rusiyanın 146 milyonluq əhalisinin 30 faizindən də azı tam peyvəndlənib.

“Arzuolunmaz ssenari”

Ancaq koronavirusa yoluxmalarda və ölüm hallarında sıçrayışa baxmayaraq, rəsmilər məhdudiyyətlər tətbiq etmirlər.

Kremlin sözçüsü Dmitri Peskov oktyabrın 6-da deyib ki, lokdaunlar “istənilən region üçün tamamilə arzuolunmaz ssenari” olardı.

Moskvanın meri Sergey Sobyanin bir gün öncə qeyd edib ki, şəhər “pik rəqəmlərdən çox uzaqdır”, artan yoluxmalar isə əsasən aşkarlanma səviyyəsinin yüksəlməsi ilə əlaqədardır.

O, hazırda Moskvada xəstəxana çarpayılarının üçdə ikisinin tutulduğunu söyləyib.

Cons Hopkins Universitetinin hesablamasına görə, dünyada koronavirusa 236 milyona yaxın yoluxma aşkarlanıb. 4 milyon 800 mindən çox insan vəfat edib.

XS
SM
MD
LG