Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:54

Rusiyanın BMT-dəki diplomatı müharibəyə etiraz olaraq istefa verdi


Rusiya XİN
Rusiya XİN

Onun sözlərinə görə o bütün diplomatik xidməti ərzində öz ölkəsi və işi üçün bu qədər xəcalət çəkməyib

Rusiyanın BMT-nin Cenevrədəki daimi nümayəndəliyinin əməkdaşı Boris Bondarev Ukraynadakı müharibəyə görə vəzifəsindən istefa etdiyini bildirib.

Onun sözlərinə görə o bütün diplomatik xidməti ərzində öz ölkəsi və işi üçün bu qədər xəcalət çəkməyib.

Hüquqşünas, insan haqları müdafiəçisi və UN Watch təşkilatının icraçı direktoru Hilel Noyer Bondarevin istefa ərizəsini özünün Twitter hesabında paylaşıb.

Ərizədə deyilir:

"Diplomat karyeramın 20 ili ərzində mən xarici siyasətimizdə müxtəlif dönüşlər görmüşəm, amma mən 24 fevralda olduğu qədər öz ölkəm üçün xəcalət çəkməmişəm”.

Diplomatın sözlərinıə görə Putinin başlatdığı “təcavüzkar müharibə” yalnız Ukrayna xalqına deyil, həm də Rusiya xalqına qarşı cinayətdir:

"Bu müharibəni başlayanların yalnız bircə istəyi var – həmişəlik hakimiyytətdə qalmaq”.

Noyer öz növbəsində bildirib ki, onun UN Watch təşkilatı bütün Rusiya diplomatlarını Bondarevdən nümunə götürməyə və istefa verməyə çağırıb.

BMT-nin Cenevrə şöbəsinin saytındakı məlumata görə Bondarev Rusiya səfirliyində müşavir vəzifəsini tuturdu.

“Rusiya XİN diplomatiya ilə məşğul olmur”

Diplomat yazır ki, bu vəzifədə 20 il fəaliyyət göstərib:

"Təəssüf ki, bu 20 il ərzində Rusiya XİN-nin işində yalan və qeyri-peşəkarlıq yüksəlişdə olub”.

Bondarevin sözlərinə görə Ruisya XİN artıq diplomatiya ilə məşğul olmur və yalnız “yalanlar yayır və müharibə qızışdırır”.

Diplomat qeyd edir ki, bu aqressiv siyasətlərinə görə daha Moskvanın müttəfiqi qalmayıb.

Bondarev sonda bildirir ki, əlbəttə karyerasını davam etdirmək istərdi, amma indiki vəziyyətdə dövlət xidmətində qalmaq vətənə xəyanətə bərabərdir.

AP agentliyi yazır ki, Boris Bondarev ehtimal ki, Ukrayna müharibəsinə etiraz olaraq istefa verən ilk Rusiya diplomatıdır.

Kommersant qəzeti yazır ki, redaksiyaya müharibə ilə bağlı istefa verən bir neçə başqa diplomatların adları məlumdur, amma onlar bunu ictimailəşdirməyiblər.

XS
SM
MD
LG