Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:20

Rusiyada doğum sayı 1943-1944-cü illərin səviyyəsinə enib


Bəzi hesablamalara görə qarşıdan gələn iki ildə də Rusiyada doğumların sayı 10 faizədək azalacaq

2022-ci ilin aprelinə olan məlumata görə Rusiyada 1943-1944-cü illərdən bəri ən az sayda doğum olub.

Bunu Rusiya mediasına müsahibəsində tanınmış demoqraf Aleksey Rakşa deyib.

Onun sözlərinə görə sülh dövründən söhbət gedirsə, bu göstərici XVIII əsrin sonlarından bəri ən rekord göstəricidir.

Demoqraf bunu da qeyd edir ki, statistikaya koronavirus pandemiyası da təsir göstərib.

Rakşanın sözlərinə görə 2022-ci ilin yanvarından bəri Avropada da doğumların sayı azalıb.

Demoqraf bildirir ki, Rusiya statistikası məsələn gəlirlərin azalması və qeyri-müəyyənlik kimi başqa amillərlə daha da pisləşə bilər.

Rakşa bildirir ki, onun hesablamasına görə qarşıdan gələn iki ildə də Rusiyada doğumların sayı 10 faizədək azalacaq.

Belə olarsa bu, son 250 ilin ən pis göstəricisi olacaq.

Müharibəyə görə vətəninə dönə bilməyən ukraynalı turistlər
Gözlə

No media source currently available

0:00 0:02:38 0:00

Müharibə, miqrasiya...

Aleksey Rakşa bildirir ki, Rusiya üzrə ölüm statistikasında hələki Ukrayna müharibəsi nəzərə alınmayıb.

Demoqrafın sözlərinə görə müharibələr demoqrafiyaya yalnız geniş miqyaslı olanda və bütün ölkə ərazisində gedəndə təsir göstərir.

Rusiya mediasının xəbərlərinə görə ölkənin bir sıra regionlarından – Buryatiya, Dağıstan, Udmurtiya kimi yerlərdən müharibəyə gedən çağırışçıların hər iki nəfərindən biri həlak olur.

Lakin Rakşa bildirir ki, bu göstəricilər şişirdilib və ölənlər çağırışçıların 15-20 faizini təşkil edir.

Onun sözlərinə görə belə statistikanı əldə etmək çətindir, çünki Rosstat ölümləri yaş qruplarına əsasən hesablamır.

Statistikaya miqrasiya da təsir göstərir. Rusiyadan köçüb gedənlərin sayını müəyyən etmək qeyri-mümkündür.

Təxmini statistikaya görə son aylarda Rusiyanı tərk etmiş 3 milyon 900 min nəfərin yalnız 15 faizi xaricdə qalıb.

Rakşa bunu da qeyd edir ki, Rusiyanın Donbasda və başqa işğal olunmuş ərazilərdə pasportlar paylaması ölkənin demoqrafik vəziyyətinə çox da təsir göstərməyəcək.

XS
SM
MD
LG