Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:44

‘Səfərbərlik’ və ‘fərarilik’ Rusiya Cinayət Məcəlləsinə daxil edilir


Rusiya Dövlət Duması mətnində “səfərbərlik”, “hərbi vəziyyət” və “fərarilik” sözləri olan qanuna səs verib

Rusiya Dövlət Duması sentyabrın 20-də mətnində “səfərbərlik”, “hərbi vəziyyət” və “fərarilik” sözləri olan qanuna səs verib.

Ölkənin Cinayət Məcəlləsinə dəyişikliklər nəzərdə tutan qanunvericilik aktına 389 deputat səs verib, yalnız bir nəfər bitərəf qalıb.

Qanun birinci oxunuşda hələ iyul ayında qəbul olunmuşdu.

İkinci oxunuşda sənəddə yer alan bəzi dəıiyişikliklərə Aqora insan haqları təşkilatının başçısı Pavel Çijov diqqət yetirib.

Deputatlar məsələn cəzanı ağırlaşdıran hallar barədə maddədə “silahlı münaqişə və hərbi əməliyyatlar zamanı” ifadəsini “səfərbərlik, və ya hərbi vəziyyət, hərbi münaqişə...zamanı” ifadəsi ilə əvəz ediblər.

Bundan başqa CM-yə soyğunçuluq və könüllü şəkildə əsir düşmək maddələri əlavə edilib.

Məsələn dövlətə xəyanətin əlamətləri olmadığı hallarda əsir düşməyə görə cəza 3 il həbsdən 10 il həbsədək artırılıb.

Soyğunçuluğa görə yeni CM versiyasında 15 il azadlqıdan məhrumetmə cəzası nəzərdə tutulub.

Fərarilik

Habelə səfərbərlik və hərbi vəziyyət zamanı hərbi hissəni özbaşına tərk etməyə görə cəzalar da sərtləşdirilib.

Xidmət yerinə səbəbsiz olaraq 1 aydan artıq müddətdə gəlməməyə görə 5 ildən 10 ilədək həbsxana cəzası verilə bilər.

Hərbi vəziyyət zamanı hərbi əməliyyatlarda iştirakdan imtinaya görə də həbsxana cəzaları nəzərdə tutulur.

Ehtiyatda olan hərbçilər çağırışa gəlməməyə və ya fərariliyə görə müqaviləlilər və çağırışçılarla yanaşı məsuluyyət daşıyacaqlar.

Qanun sentyabrın 21-də parlamentin yuxarı palatası – Federasiya Şurasında səsə qoyulacaq.

Rusiya Ukraynada hərbi əməliyyatlara başlayandan bəri bir sıra hərbi ekspertlər bildirirdilər ki, Vladimir Putinin ordu qarşısında qoyduğu vəzifələrin yerinə yetirilməsi əlavə səfərbərlik keçirilmədən mümkün olmayacaq.

Hazırda Rusiya silahlı qüvvələrinin Ukrayna müharibəsindəki uğursuzluq və itkiləri ümumi səfərbərlik məsələsini yenidən gündəmə gətirib.

Kreml dəfələrlə bildirib ki, ümumi səfərbərlik keçirmək niyyətində deyil.

Regional səfərbərliklər

Buna baxmayaraq, bir sıra müşahidəçilərin fikrincə, Rusiyada bu və ya digər formada “üstüörtülü” səfərbərlik kampaniyası aparılır.

Məsələn Çeçenistan başçısı Ramzan Kadırov Rusiya region başçılarını Kremlin səfərbərlik əmrini gözləmədən hərəkətə keçməyə çağırıb.

Onun fikrincə əgər hər bir region orduya minədək səfərbər göndərə bilsə, “xüsusi əməliyyatın” vəzifələri ən qısa müddətdə yerinə yetirilə bilər.

Onun təşəbbüsünü indiyədək Rusiyanın 4 qubernatoru dəstəkləyib.

Müşahidəçilər bildirirlər ki, Kreml habelə Ukraynada müharibəyə səfərbərlikdən bəzi regionlara istisna verilməsi ideyasından əl çəkmək niyyətindəıdir.

Söhbət ilk növbədə paytaxt Moskvadan gedir.

Bununla yanaşı Rusiyanın bir çox regionlarında – Primorsk diyarında, Leninqrad, Kursk, Tümen, Orenburq vilayətlərində, Başqırdıstan və Tatarıstanda əlahiddə batalyonların təşkili davam edir.

Belə batalyonlara 50 yaşınadək kişilər cəlb olunur.

XS
SM
MD
LG