Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:26

Moskva Ermənistan sürücülük vəsiqələrini tanımağın əvəzində Yerevandan rus dili üçün status istəyir


Rusiya parlamenti – Dövlət Duması Rusiyada iş və bizneslə məşğul olan Ermənistan vətəndaşlarının sürücülük hüquqlarının tanınması haqqında qanun layihəsinə baxılmasını qeyri-müəyyən müddətə təxirə salıb.

Dumanın nəqliyyat komitəsinin başçısı Yevgeni Moskviçov deyib ki, hazırda belə bir qanunun qəbul edilməsi “Rusiyanın maraqlarına uyğun deyil”.

RBK xəbər verir ki, əslində bu qanun layihəsi Dövlət Dumasında hələ 2022-ci ilin iyununda birinci oxunuşda qəbul edilmişdi.

Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Rusiya millət vəkillərinin qərarını onunla izah edib ki, Ermənistan hakimiyyəti ölkədə rus dilinin statusunu təsbit etməyib:

"Rəhbərlik, hökumət rus dilinin statusunun təsbit olunması istiqamətində heç bir addımlar atmayıb. Biz isə Rusiya ərazisində milli sürücülük vəsiqələrindən istifadəyə icazə verilməsi barədə qərarları məhz bu əsasla qəbul edirik".

Rusiya Ermənistandan rus dili üçün rəsmi status istəyir

Onun sözlərinə görə Rusiya ərazisində milli sürücülük vəsiqəsindən istifadə icazəsi yalnız Konstitusiyalarında rus dilinin statusu olan ölkələrin vətəndaşlarına verilir.

Volodin deyib ki, Belarus, Qazaxıstan və Qırğızıstanın sürücülük vəsiqələri Rusiyada məhz buna görə istifadə edilə bilir.

Şərhçilər bildirirlər ki, sürücülük vəsiqəsi barədə məsələ Moskva ilə Yerevan arasında bir müddətdir davam edən qarşıdurmanın növbəti səhifəsidir.

Oktyabrın əvvəllərində Ermənistan parlamenti Moskvanın etiraz və narazılığına baxmayaraq Roma statutu adlı sənədi ratifikasiya edib.

Bu sənədin ratifikasiyası Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) yurisdikdiyasına daxil olması deməkdir. Bu məhkəmə isə bundan əvvəl Rusiya prezidenti Vladimir Putinin həbsi barədə order verib. Beləliklə, Yerevan Ermənistana səfər edəcəyi təqdirdə Putini həbs etməyə öhdəliklidir.

'3+3-ün gələcəyi yoxdur' - Tbilisidə Əliyevlə Ərdoğanın təklif etdiyi formatın çökəcəyini deyirlər
Gözlə

No media source currently available

0:00 0:04:17 0:00

Paşinyanın ittihamları

Ermənistan hakimiyyəti Moskvanın narahatlığına cavab olaraq bildirib ki, Yerevanın BCM-in yurisdiksiyasına qoşulmasından məqsəd gələcəkdə Azərbaycanı bu məhkəməyə vermək imkanının əldə olunmasıdır.

Son aylarda Ermənistan və Rusiya arasında münasibətlərin ritorikası son dərəcə kəskinləşib.

Moskva və Yerevan bir-birlərini hətta rəsmi səviyyədə ittiham edirlər.

Bu yaxınlarda baş nazir Nikol Paşinyan Avropa Parlamentində etdiyi çıxışda Rusiyanı açıq ittiham edib.

O bildirib ki, Ermənistanın üzv olduğu strukturlar onun təhlükəsizliyini təmin etmir. Söhbət ilk növbədə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakından gedirdi.

Paşinyan bu çıxışında Moskvanı Ermənistanda qarışıqlıq yaratmaq və onun hökumətini devirmək niyyətində olmaqda ittiham etmişdi.

XS
SM
MD
LG