Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:00

Rusiya Facebook platformasına girişi əngəlləməyə başlayıb


Fevralın 25-də, axşam saatlarında Meta şirkətinin vitse-prezidenti Nik Kleqq bəyan edib ki, Rusiya hökumətinin tələblərini rədd edib

Rusiyanın media dövlət nəzarəti qurumu – Roskomnadzor fevralın 25-də Facebook-a girişin qismən məhdudlaşdırılacağını bildirib.

Qurumdan axşam saatlarında verilən xəbərə görə isə “bu platformada Rusiya mediasının senzura edilməsinə cavab olaraq” Facebook trafikinin sürəti azaldılıb:

"Baş Prokurorluğun Facebook şəbəkəsi ilə bağlı qərarına uyğun olaraq 2022-ci il fevralın 25-dən Roskomnadzor qanuna müvafiq şəkildə trafikin sürətinin azaldılması hesabına platformaya girişi qismən məhdudlaşdırır”.

Bu qərara izah olaraq bildirilir ki, Facebook fevralın 24-dən dörd Rusiya KİV-nin hesablarını məhdudlaşdırııb.

Bunlar RIA Novosti xəbər agentliyi, Zvezda telekanalı, Lenta.ru və Gazeta.ru saytlarıdır.

Roskomnadzor Facebook-un bu addımını qanunsuz adlandırır.

Qurum bununla əlaqədar olaraq Meta Platforms, Inc şirkətinə məktub yazaraq sözü gedən məhdudiyyətin qaldırılmasını tələb edib.

Şirkət Roskomnadzorun müraciətini cavabsız qoyub.

Rusiya Avropa Şurasında təmsilçilik hüquqdan, Eurovision-da iştirakdan məhrum oldu
Gözlə

No media source currently available

0:00 0:01:52 0:00

Facebook tələbi rədd edir

Rusiya Baş Prokurorluğu fevralın 25-də XİN-lə razılaşma əsasında Facebook platformasının “Rusiya vətəndaşlarının təməl insan haqları və azadlıqlarını pozduğuna dair” qərar qəbul edib.

Roskomnadzor bu qərara uyğun olaraq fevralın 25-dən Facebook platformasına girişi məhdudlaşdırıb.

Fevralın 25-də, axşam saatlarında Meta şirkətinin vitse-prezidenti Nik Kleqq bəyan edib ki, Rusiya hökumətinin tələbi rədd edilir:

"Dünən Rusiya hakimiyyət orqanları bizə müstəqil faktyoxlamanı və sözü gedən 4 medianın Facebook postlarına nişan qoyulmasını dayandırmağı əmr edib. Biz əmri rədd etmişik. Buna cavab olaraq bizə serverlərimizə girişi məhdudlaşdırıcaqlarını deyiblər”.

Kleqq əlavə edib ki, adi rusiyalılar Meta xidmətlərindən özlərini ifadə üçün istifadə edirlər və “biz də onların səslərinin əvvəllər olduğu kimi eşidilməsini istəyirik”.

Bundan əvvəl 2021-ci ilin martında Roskomnadzor Twitter-in mikrobloq xidmətlərinin sürətini azaltmışdı.

Roskomnadzor Twitter-in Rusiyada tamamilə bloklanacağını bildirmişdi.

Lakin Twitter-in moderasiya departamenti materialların böyük bir hissəsini sildikdən sonra onun fəaliyyətinin davam etdirilməsinə icazə verilmişdi.

XS
SM
MD
LG