Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:02

Rusiya və Ukrayna iqtisadiyyatları üçün azalma proqnozu


İllüstrativ foto
İllüstrativ foto

Fevralın 24-də müharibə başlamazdan öncə AYİB Ukrayna üçün 3.5 faiz, Rusiyada 3.0 faiz artım proqnozlaşdırırdı

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) bu il Rusiya və Ukrayna iqtisadiyyatlarının uyğun olaraq 10 və 20 faiz azalacağını bildirir. İki ölkə arasındakı müharibə son yarım əsrin “ən böyük təchizat zənciri şoku”na səbəb olub, bank qeyd edir.

Ekspert: 'Rusiyadan buğda asılılığı çoxdan aradan qaldırılmalı idi'
Gözlə

No media source currently available

0:00 0:04:09 0:00

Müharibədən öncəki proqnoz

Londonda yerləşən bank ötən ay Rusiya Ukraynaya hücum edəndən bəri iqtisadi proqnozunu yeniləyən ilk beynəlxalq maliyyə qurumudur.

Fevralın 24-də müharibə başlamazdan öncə AYİB Ukrayna üçün 3.5 faiz, Rusiyada 3.0 faiz artım proqnozlaşdırırdı.

AYİB-in martın 31-də bildirdiyinə görə, son proqnozlar “bir neçə aya atəşkəsin əldə olunacağı, bundan sonra tezliklə Ukraynada böyük yenidənqurma işləri başlanacağı ehtimalına əsaslanır”.

Bu halda Ukraynada 23 faizlik artım proznoqlaşdırılır.

Durğunluq ili

Ancaq Qərbin Rusiyaya ağır iqtisadi sanksiyaları artımın sıfırlanacağı deməkdir.

“Proqnozlaşdırılan gələcəkdə Rusiyaya sanksiyalar qüvvədə qalacaq, Rusiya iqtisadiyyatı 2023-cü ildə durğunluq keçirəcək. Bunun mənfi nəticələri Şərqi Avropa, Qafqaz və Orta Asiyada bir sıra ölkələrdə hiss olunacaq”, – AYİB vurğulayır.

Münaqişədəki roluna görə Qərbin sanksiyaları ilə üzləşmiş Belarusda isə bu il 3 faiz azalma, gələn il durğunluq gözlənir.

AYİB 1991-ci ildə, keçmiş sovet ölkələrinin azad bazar iqtisadiyyatına keçidinə kömək məqsədilə yaradılıb. Sonradan bank genişlənərək Yaxın Şərq və Şimali Afrikanı da əhatələyib.

XS
SM
MD
LG