Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:43

Qonşuların Rusiyaya münasibəti dəyişirmi. Azərbaycanın dostluğu azalır?


Lavrov: 'Sülhməramlıların Laçın dəhlizindən silah daşınmadığını yoxlamaq hüququ var'
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00

Lavrov: 'Sülhməramlıların Laçın dəhlizindən silah daşınmadığını yoxlamaq hüququ var'

Rusiyada hökumətə bağlı təhlil mərkəzi bildirir ki, Moskva ötən ilin fevralında Ukraynaya qarşı tammiqyaslı işğala başlayamdan “dost və qeyri-dost kommunikasiya rejimləri arasında qütbləşmə artıb”.

İşğalı dəstəkləyən Belarus Moskvanın dostları siyahısında başda yer alıb, Ukrayna isə “ən pis düşmən” sayılıb. Ötən ilin ən yaxşı dostu Qazaxıstan Rusiya ilə münasibətlərində “tərəddüdlü” görünür.

“Nisbi dost” Gürcüstan, “tərəddüdlü” Qazaxıstan

AzadlıqRadiosunun müxbiri Kris Riklton “Qonşu Ölkələrdə Kommunikasiya Rejimlərinin Dostluq Reytinqi” adlı araşdırma haqda yazır. 14 ölkə üzrə reytinqi Kommunikasiyanın İnkişafı üzrə Milli Tədqiqat İnstitutu (KİMTİ) hazırlayıb. Bu, ikiillik tarixi olan, internetdəki məlumatlara görə başqa bir işlə məşğul olmayan qurumun hazırladığı ikini reytinqdir.

Reytinq qonşu ölkələrin Moskvanın Ukraynaya qarşı qanlı, səbəbsiz işğala başlayandan Rusiyaya dost münasibətində artımı, azalmanı göstərir.

Rusiyanın 2008-ci ildə qısamüddətli müharibə apardığı Gürcüstan görəsən, niyə Moskvaya “nisbi dost” sayılır? Yaxud ötən ilin reytinqinin lideri Qazaxıstan hələ də dost kimi qalsa da, “tərəddüdlü” görünür?

KİMTİ gənc və aztanınan qurum olmasına baxmayaraq, “əlaqələri də yox deyil”, bunu elə Rusiyada çıxan “The Moscow Post” qəzeti yazırdı.

10 kommunikasiya tipi, 60 indikator

Rusiya Prezidenti Vladimir Putin hələ martda “qeyri-dost ölkələr”in rəsmi reyestrinin tərtib olunmasına göstəriş verib.

KİMTİ iddia edir ki, araşdırması Rusiyanın qonşuları ilə 10 kommunikasiya tipinin təhlilinə əsaslanır. Buraya “mediada kommunikasiya” vasitəsilə xarici siyasi kommunikasiya, “təhsil sahəsində kommunikasiya”, digər oxşar qeyri-müəyyən kateqoriyalar, eləcə də qonşu ölkələrin rusdilli əhalilərinə siyasəti daxildir.

Qurum Rusiyanın 14 qonşusunda “kommunikasiya rejimləri”ni dəyərləndirmək üçün 60-dan çox indikatordan istifadə etdiyini bildirsə, AzadlıqRadiosuna öz metodologiyasını açıqlamayıb.

Ümumilikdə isə KİMTİ 2021-ci illə müqayisədə 2022-ci ildə “dost və qeyri-dost kommunikasiya rejimləri arasında qütbləşmənin gücləndiyini” bildirir.

Estoniya

Ukrayna, Estoniya, Latviya və Litvada “kommunikasiyanın inkişafı şərtlərinin pisləşdiyi”, Özbəkistan və Türkmənistanda isə “tamamilə əvvəlki kimi qaldığı” vurğulanır.

Rəqəmlərlə desək, ən böyük dəyişiklik Estoniyada baş verib, bu ölkədə Rusiyaya dost yanaşma 2021-ci ildə -10.7-dən ötən il -51.8 bala düşüb. Estoniyanın Baş naziri Kaja Kallas Avropada Kremlin işğalının ən açıq tənqidçilərindən sayılır. Moskva və Tallin bir-birinin səfirlərini də qarşılıqlı olaraq ölkədən çıxarıblar.

Ukraynanın reytinqi -43.8-dən -83.6-ə enib. Reytinqdə +100 ən yüksək, –100 ən aşağı bal sayılır.

Ukrayna əsgərləri Polşada "Leopard" tanklarının təlimini keçir
Gözlə

No media source currently available

0:00 0:01:54 0:00

Qazaxıstan mediası hədəfdə

Rusiyanın “Roskomnadzor” mediaya nəzarət orqanı qonşu ölkələrdə media orqanlarını da hədəfə alır, Rusiyanın müharibəsi haqda materialları pozmağı xahiş edir. Kreml bu müharibəyə “xüsusi hərbi əməliyyat” deyir. Xahişə əməl etməyən media orqanları Rusiyada bloklanır.

Qazaxıstanın Arbat.media portal isə müharibə haqda xəbərlərinə görə Rusiyanın Vladimir şəhərində məhkəməyə çəkilib. Məhkəməyə getməkdən imtina edən jurnalistləri Qazaxıstan rəsmiləri də dəstəkləyib.

KİMTİ Qazaxıstanı dost ölkə hesab etsə də, bu “inersiya”nın uzun müddətli etibarlı ola bilməyəcəyini vurğulayıb.

“Kommunikasiyanın inkişafı üçün xüsusi layihələr, proqramlar, yeni səylər tələb olunacaq”, – qurum bildirir.

Mediası nəzarət altında olan ölkələrin reytinqdə yeri daha yaxşıdır. Məsələn, Türkmənistan ötən il Rusiyanın Ukraynaya qarşı müharibəsini əsasən gözardı etsə də, son vaxtlar Qərbin Ukraynaya dəstəyini tənqid etməyə başlayıb. Aşqabadın reytinqi +14.5-dən +47.1-ə qalxıb.

Gürcüstanın reytinqdəki yeri də yaxşılaşıb, 20 bənd irəliləyərək 9-cu pilləyə qalxıb. Tbilisi Qərbin Rusiyaya sanksiyalarına qoşulmaqdan imtina etmişdi.

Ermənistan +58.3 balla 5-ci yerdədir.

Bu kənddə azyaşlı uşaq nadirən görünür
Gözlə

No media source currently available

0:00 0:05:41 0:00

Azərbaycan, “türk dünyası”

Azərbaycan +57.0 bal ilə Türkmənistandan əvvəl, Tacikistandan sonrakı, 7-ci yeri tutur. Dost ölkələr siyahısında yer alan Azərbaycanın balında bir il öncəylə müqayisədə cüzi azalma (57.7) var, 2021-ci ildə 5-ci pillədə olub.

KİMTİ qeyd edir ki, Türkiyənin “türk dünyası”nı monopoliyaya alması və bu konsepti vurğulaması onun Orta Asiya və Qafqazda nüfuzunu gücləndirir. Bu isə bir sıra ölkələrin mədəniyyət, tarixi yaddaş siyasəti və sivilizasiyalı dialoq sahələrində kommunikasiya öncəliyində dəyişikliklərə səbəb olur. Burada mötərizədə Azərbaycanın adı qeyd edilir.

Azərbaycanın dövlət rəsmiləri dəfələrlə çıxışlarında ölkədə rus dilində məktəblərin, bu dildə təhsil alanların sayının artmasından danışıblar. Putin azərbaycanlı həmkarı İlham Əliyevə rus dilinin inkişafına dəstəyə görə təşəkkürünü də bildirib.

Ancaq ötən il Ukraynada müharibə başlayandan ölkə mediasında Moskvaya qarşı bəzən tənqidi, sərt fikirlər səslənib. Xüsusilə də Qarabağa yerləşdirilmiş Rusiya sülhməramlı kontingentin fəaliyyəti tənqid olunub. Amma Azərbaycan da qərbin Moskvaya sanksiyalarına qoşulmayıb. Üstəlik, ötən ilin fevralında Rusiya ilə imzalanan “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” iki ölkə arasında hərbi, siyasi, iqtisadi və başqa sahələrdə əməkdaşlığı nəzərdə tutur.

XS
SM
MD
LG