Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:44

Saytların bloklanması məhkəməsi ertələndi


Müstəqil saytların bloklanması ilə bağlı ilk məhkəmə iclası bitdi
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00

Müstəqil saytların bloklanması ilə bağlı ilk məhkəmə iclası bitdi

Bir sıra saytların, o cümlədən AzadlıqRadiosunun azadliq.org saytının Azərbaycanda bloklanması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin ərizəsi əsasında məhkəmə başlayıb. Bu işə Səbail rayon Məhkəməsində hakim Nurəddin Bağırov baxır.

Aprelin 27-də məhkəmənin hazırlıq iclasında məlum olub ki, bloklanması tələb olunan saytların rəhbərlərinə bu haqda heç bir məlumat verilməyib. Hakim ərizənin surətini məhkəmədə AzadlıqRadiosunu təmsil edən Adil İsmayılova, «Azadlıq» qəzetinin azadliq.info saytının nümayəndəsi Səməd Rəhimliyə və meydan.tv-nin təmsilçisi olan vəkil Elçin Sadıqova təqdim edib. Bu zaman da ortaya çıxıb ki, ərizəyə qoşmalar var.

***Buna da bax-'Məhkəmə qərarından sonra həmin saytlarla əməkdaşlıq edənlərin təqibinə başlanıla bilər'

Qoşmalar isə Baş Prokurorluğun Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciəti və nazirliyin qərarıdır.

MÜRACİƏTƏ YAZILAR DA ƏLAVƏ OLUNUB

Prokurorluq nazirliyə müraciət edib ki, sözügedən saytlarla bağlı tədbir görülsün. Müraciətə həmin saytlarda yayımlanan yazılar da əlavə olunub. Bundan sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də saytların bloklanması haqda qərar qəbul edib. Bunun məhkəmə yolu ilə rəsmiləşməsi isə Elektron Təhlükəsizlik Mərkəzinə həvalə olunub. Mərkəzin rəhbəri Faiq Fərmanov məhkəməyə müraciət edib.

Müstəqil saytlara qarşı hansı ittiham irəli sürülüb?
Gözlə

No media source currently available

0:00 0:01:00 0:00

Məhkəmədə iddiaçı qismində həm nazirliyin, həm də mərkəzin nümayəndəsi iştirak edirdi. Məlum oldu ki, Mərkəzin təmsilçisinin etibarnaməsi yoxdur. Qanuna görə, bu halda, o, prosesdə iştirak edə bilməz.

Həmçinin saytları təmsil edən vəkil və hüquqşünaslar təkcə ərizə ilə kifayətlənməyərək, materialların, o cümlədən Baş Prokurorluğun müraciəti və konkret yazılar, nazirliyin qərarının da onlara təqdim olunmasını istəyib. Hakim bildirib ki, günün ikinci yarısında materiallar onlara təqdim olunacaq.

***Buna da bax-'AzadlıqRadiosunun saytı açar sözlərlə bloklanır'

Həm ərizəçinin etibarnamə məsələsinin həlli, həm də qarşı tərəfə materialların təqdim edilməsi və tanış olmalarına vaxt verilməsi üçün məhkəmə mayın 1-nə təxirə salınıb.

Bundan əvvəl radionun bloklanmasına gizli cəhdlər olarkən Azad Avropa və Azadlıq Radioları korporasiyasının prezidenti Tomas Kent bu addımı pisləmiş, bunu hakimiyyətdən sui-istifadə edərək AzadlıqRadiosunun Azərbaycanda yerli auditoriyaya müstəqil informasiya çatdırmasına mane olmaq cəhdi kimi qiymətləndirmişdi.

XS
SM
MD
LG