Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:00

Qarabağ separatçısı ermənilərin qayıdışına dair Moskvanın bəyanatını rədd edir


Geğam Stepanyan
Geğam Stepanyan

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun Qarabağın “insan haqları ombudsmanı” kimi təqdim etdiyi Geğam Stepanyan Rusiyanın ötən sentyabrda Azərbaycanın xüsusi əməliyyatından sonra Qarabağı tərk etmiş ermənilərin qayıdışına dəstək verilməsinə dair Moskvanın təklifini rədd edib.

Stepanyan Yerevanda keçirilən mətbuat konfransında deyib ki, Moskva onlara hətta əlavə təhlükəsizlik qarantiyaları versə də, onlar geri qayıtmayacaqlar:

“Mən inanıram ki, bunun əvəzində beynəlxalq qarantiyalara ehtiyac var. Təcrübə göstərdi ki, 2020-ci ildən sonra Artsaxda (Qarabağ-red) yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti Artsaxda (Qarabağ-red) təhlükəsizliyin təminatı üçün kafi deyil”.

Ermənistan Rusiya sülhməramlılarını Azərbaycanın 19-20 sentaybr əməliyyatının qarşısını almadığına və ya onu dayandırmadığına görə tənqid edib.

Bakının bölgə üzərində nəzarətini tam bərpa etməsindən sonra Qarabağın demək olar bütün əhalisi Ermənistana köç edib.

Rusiya prezidenti Vladimir Putin və başqa Rusiya rəsmiləri Ermənistanın ittihamlarını rədd ediblər.

Separatçıların Moskvadan incikliyi

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova fevralın 14-də demişdi ki, Moskva Bakı ilə Qarabağ ermənilərinin evlərinə qaytarılması məsələsini müzakirə edir.

Bu həftənin əvvələrində Rusiya xarici işlər nazirinin müavinmi Mixail Qaluzin də Qarabağ ermənilərinin qayıdışı üçün “şərait yaradılmasına” çağırmışdı.

Stepanyan isə deyib ki, “adamların fiziki məhv hədəsi altında köçünə ilk növbədə Rusiya sülhməramlıları şahidlik etməli idilər”.

Azatutyun yazır ki, Moskvanın separatçı liderlərlə hər hansı repatriasiyanı müzakirə etməsinə dair rəsmi məlumatlar yoxdur.

Bu da vurğulanır ki, Moskva habelə 8 separatçı liderin həbs olunaraq Bakıya aparılmasına da mane olmayıb.

Moskva onları Qarabağda saxlamaq istədiyini gizlətmir

Buna baxmayaraq Rusiya rəsmiləri Qarabağda yerləşdirilmiş 2000-dək sülhməramlının “gələcək üçün” orada saxlanmasının mühümlüyünü vurğulayırlar.

Bu ilin yanvarında Rusiyanın xarici işlər naziri Sergey Lavrov demişdi ki, "Moskva və Bakı hazırkı mərhələdə Rusiya sülhməramlılarının Dağlıq Qarabağda olmasının pozitiv rol oynadığı ilə razıdırlar".

Onun sözlərinə görə, iki ölkə prezidentləri bu mövzunu müzakirə ediblər:

"Prezidentlərin mövqeləri o məsələdə üst-üstə düşür. İndiki mərhələdə Rusiya sülhməramlılarının orada olması regionda sabitliyin, etimadın qorunmasında və Qarabağa qayıtmaq istəyən sakinlərin dönüşünə kömək edilməsində pozitiv rol oynayır".

Rusiya sülhməramlı kontingenti ilə bağlı danışıqların növbəti raundunun tarixinin razılaşdırıldığı barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov da demişdi.

Səfirin fikirlərinə Azərbaycan Xarici İşlər Nazirliyindən münasibət bildirilib.

Nazirliyin sözçüsü Ayxan Hacızadə deyib ki, Azərbaycan tərəfindən ötən il bölgədə həyata keçirilən "antiterror" tədbirlərindən sonra sülhməramlı kontingentin gündəlik fəaliyyəti ilə bağlı görüşlər keçirilməsi ehtiyacı yaranıb:

"Bununla yanaşı ...ərazidə partlamamış hərbi sursat problemi nəzərə alınaraq, bu təhdidlərin aradan qaldırılması istiqamətində birgə səylərin həyata keçirilməsi üzrə məsləhətləşmələr aparılması zərurəti mövcuddur".

Bakı da əvvəlki kimi qətiyyətli görünmür

Bəzi şərhçilər deyirlər ki, ümumiyyətlə, Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi ilə bağlı rəsmi Bakı bundan əvvəl daha inamlı danışırdı.

Bu məsələyə hətta Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da münasibət bildirmişdi.

Hələ ötən iyul ayında Türkiyə prezidenti Rusiya sülhməramlı kontingentinin 2025-ci ilədək Qarabağdan getməli olduğunu demişdi.

O vaxt onun bu bəyanatı Moskvanın narazılığına səbəb olmuş, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirmişdi ki, Türkiyə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının tərəfi deyil, Rusiya sülhməramlıları isə Qarabağda bu razılaşma əsasında yerləşdirilib. Məhz bu sənəddə sülhməramlıların regionda qalma müddəti və bu müddətin daha beş il uzadılması üçün parametrlər əksini tapıb.

Ərdoğan daha sonra bu məsələyə bir daha qayıtmayıb.

Rusiya sülhməramlılarının Qarabağda qalmaq müddəti 2025-ci ildə başa çatır. Onun müddəti yalnız tərəflərin razılığı ilə uzadıla bilər.

'Əliyevin və Putinin dünyaya baxışı çox yaxındır'. Müttəfiqlik bəyannaməsinin iki ili #Izahla
Gözlə

No media source currently available

0:00 0:09:16 0:00

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi. Ancaq tərəflər sülh sazişi ( danışıqlar həm Avropa İttifaqının, həm də Rusiyanın ayrılıqda vasitəçilikləri ilə aparılır) imzalamayıb.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yeravan bunu “etnik təmizlənmə” və “təcavüz” kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb. Separatçı qurumun bir çox liderləri də saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG