Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:36

Əhməd Necdət Sezər: «Ankara həmişə Bakının yanında olacaq»


Türkiyə prezidenti Əhməd Necdət Sezər və Azərbaycan prezidenti İlham Əliyevin brifinqi, Bakı, 4 aprel 2006
Türkiyə prezidenti Əhməd Necdət Sezər və Azərbaycan prezidenti İlham Əliyevin brifinqi, Bakı, 4 aprel 2006
Türkiyə prezidenti Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını istəyir

Aprelin 4-də Bakıda səfərdə olan Türkiyə prezidenti Əhməd Necdət Sezər azərbaycanlı həmkarı İlham Əliyevlə keçirdikləri brifinqdə ölkəsinin Qarabağ məsələsində tutduğu mövqeni bir daha diqqətə çatdırdı. Prezident Sezər bildirdi ki, Türkiyə problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını istəyir və bu məsələdə Ankara həmişə Bakının yanında olacaq.

İlham Əliyevlə əsas iqtisadiyyat olmaqla bir sıra məsələləri müzakirə etdiklərini bildirən prezident Sezər bildirdi ki, Türkiyənin iş adamları indiyə qədər Azərbaycanın qeyri-neft sahəsinə 2,2 milyard dollara qədər sərmayə qoyublar. Onun fikrincə, Azərbaycanda xarici sərmayəçilər üçün lazımi şərait yaradılsa, bu məbləğ daha artıq ola bilər. Neft sahəsinə qoyulan yatırımlar isə 4,5 milyard dollara çatacaq.

Cənab Sezər əlavə edir ki, prezident İlham Əliyevi Ceyhan limanından ilk neftin tankerə vurulması mərasiminə dəvət edib. Onun sözlərinə görə, 2004-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 550, 2005-ci ildə isə 795 milyon dollar olub. Türkiyə prezidenti bu il həmin yatırımların 1 milyard dolları aşacağına ümid edir.


Azərbaycan prezidenti də Türkiyə ilə iqtisadi əlaqələrin inkişaf etdiyini və bundan sonra daha geniş imkanlar yaranacağını bildirdi.


Türkiyə prezidentinin Azərbaycana səfəri aprelin 5-də başa çatır. Səfər zamanı tərəflər arasında hər hansı sənəd imzalanmayıb.


XS
SM
MD
LG