Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:52

Gürcüstan müxalifəti rusiyalılara 'işğal vergisi' qoyulmasını istəyir


Yuxarı Lars keçidində gözləyən avtomobil növbəsinin uzunluğu 20 kilometrə çatır və gözləmə müddəti təxminən iki gündür
Yuxarı Lars keçidində gözləyən avtomobil növbəsinin uzunluğu 20 kilometrə çatır və gözləmə müddəti təxminən iki gündür

Gürcüstanda 2001-ci ildə keçmiş prezident Mixeil Saakaşvili tərəfindən yaradılmış “Vahid Milli Hərəkat” partiyası parlamentə Abxaziya və Cənubi Osetiyanın işğalına görə “işğal vergisi” haqqında qanun layihəsi təqdim edib.

Qanun layihəsi müəlliflərinin fikrincə Gürcüstana gələn və ya bu ölkədə turist kimi olan rusiyalılar dövlət xəzinəsinə 1000 lari (350 dollar) ödəməlidirlər.

Onlar deyirlər ki, əks halda Rusiya vətəndaşlarının Yuxarı Lars sərhəd keçidindən Gürcüstana keçmələrinə icazə verilməməlidir.

Müxalifət deputatları bildirirlər ki, əgər rusiyalı artıq ölkədədirsə və bu vergini ödəməyibsə deportasiya olunmalıdır.

Halbuki Gürcüstan qanunları əcnəbilərin ölkədə bir il müddətində vizasız qalmasına icazə verir.

Rusiya turistləri hesabına iqtisadi artım

Hakim Gürcü Arzusu partiyasından bu qanun layihəsinə hələ münasibət bildirilməyib.

Lakin belə söhbətlər var ki, bu qanun layihəsi çətin ki, qəbul olunsun.

Baş nazir İrakli Qaribaşvilinin hökuməti tez-terz bildirir ki, ölkə iki rəqəmlə ifadə olunan iqtisadi artımına görə əsasən Rusiyadan böyük turist axınına minnətdar olmalıdır.

Bundan başqa Qaribaşvili Ukraynada müharibə şəraitində Tbilisinin siyasətini izah edib.

O deyib ki, Gürcüstan Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq və Rusiyaya qarşı “ikinci cəbhənin” açılmasına yol verməyəcək.

Üstəlik, Gürcüstan Avropa İttifaqı qarşısında heç kəsi diskriminasiya etməmək barədə öhdəlik götürüb.

Şimali Osetiya girişə məhdudiyyət qoyub

Şimali Osetiya Rusiyanın başqa regionlarından gələn avtomobillərə məhdudiyyət qoyub.

Buna səbəb Rusiyadan çox sayda hərbi mükəlləfiyyət yaşlı kişilərin regiona axınıdır.

Rusiyanın Gürcüstanla sərhədində avtomobillərin uzun növbəsinin yarandığı xəbər verilir.

Şimali Osetiyanın qubernatoru Sergey Menyaylo sentaybrın 28-də deyib ki, region sərhəddən normal və təhlükəsiz keçidi fiziki baxımdan nizamlamaq iqtidarında deyil.

Qubernator bildirib ki, məhdudiyyətlər təkcə Şimali Osetiyada deyil, Rusiyanın başqa yerlərində hərbi qeydiyyatda olanlara da şamil edilir.

Menyaylo bu “məcburi məhdudiyyəti” Gürcüstanın Yuxarı Lars sərhəd keçidində yaranmış tıxacla izah edib.

Səyyar səfərbərlik məntəqələri

Bu da qeyd olunur ki, məhdudiyyət yalnız Şimali Osetiya, Gürcüstanın separatçı Cənubi Osetiya bölgəsi və Gürcüstan vətəndaşlarına, habelə kurortlara turist kimi gələnlərə və bu barədə müvafiq sənədləri olanlara tətbiq edilməyəcək.

Bildirilir ki, Şimali Osetiyanın girişində və Yuxarı Lars sərhəd keçidində səyyar əməliyyat qrupları işləyəcək.

Bunlar Şimali Osetiyaya gələnlərin və ya Yuxarı Lars keçidinə yollananların Rusiyada elan edilmiş səfərbərliyə düşüb-düşmədiklərini yoxlayacaq.

Səyyar qruplara daxil zabitlərdə hərbi səfərbərliyə düşənlərin siyahıları olacaq.

Rusiya prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edəndən bəri hərbi mükəlləfiyyət yaşında olan çox sayda Rusiya vətəndaşı ölkəni tərk etməyə çalışır.

Sərhədi piyada keçmək

Gürcüstan ölkəyə gələnlərə bir il müddətində vizasız yaşamaq imkanı verdiyindən hazırda səfərbərlikdən yayınmaq istəyənlər üçün daha cazibəli görünür.

Rusiya və Gürcüstan arasında birbaşa uçuşlar yoxdur və Yuxarı Lars hazırda iki ölkə arasında yeganə sərhəd keçididir.

Xəbər verilir ki, sentyabrın 28-də Yuxarı Lars keçidində gözləyən avtomobil növbəsinin uzunluğu 20 kilometrə çatır və gözləmə müddəti təxminən iki gündür.

Tıxacın böyüklüyü ilə bağlı Gürcüstan Rusiya vətəndaşlarının sərhədi piyada keçmələrinə icazə verib.

Putinin səfərbərlik elanından əvvəl Yuxarı Larsdan Gürcüstana hər gün 5-6 min nəfər keçirdi, indi bu rəqəm iki dəfə artıb.

Gürcüstan Ukraynanın işğal olunmuş ərazilərində Rusiyanın keçirdiyi referendumları qətiyyətlə pisləyib.

İlqar Məmmədov: 'Bizim Qərbi Zəngəzurda gözümüz yoxdur, amma...'
Gözlə

No media source currently available

0:00 0:08:43 0:00

XS
SM
MD
LG