Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:11

"Bayram süfrəsində 70 faizlik bahalaşma var"- [Fotolar]


►“Heç olmasa, 200 manat lazımdır ki, bir az şirniyyat bişirib yemək hazırlayasan”

Bahar qapıda olsa da, Bakıdakı hava sakinləri soyuqdan daldalanmağa tələsdirir.

Milli paltarlar satılan mağazanın qarşısında Novruz şənliklərinə hazırlaşan tələbə Nərmin Mustafayeva deyir, bayram günü havanın isti keçməsi üçün dua edir.

Bayram süfrədən başlayır?!

Havanın sazağına baxmayaraq, şəhər bahar çiçəklərinin, yazın müjdəçisi olan qaranquşun, səməninin əks olunduğu lövhələrlə bəzədilib.

Sakinlər də bayram əhvallarını qorumağa çalışır.

Gözlə

No media source currently available

0:00 0:01:32 0:00
Direct-ə keçid

Şənliklərdə Bahar qız olacaq Nərmin deyir ki, bayram əhvalı süfrədən başlayır. 18 yaşlı gənc qız bu il ilk dəfə bayram şirniyyatlarını təkbaşına hazırladığını söyləyir:

“Paxlava, şəkərbura bişirmişəm, səmənim də göyərib. Başqa elə bir fərqli şey yoxdur. Bircə bu hava da düzəlsəydi...”

Kişilər isə deyir, bu bayramı daha çox şirniyyata görə səbirsizliklə gözləyirlər:

– Ailə ki, bir yerə yığışır, paxlavanı-şəkərburanı ki, ləzzətlə yeyirsən, bayramı onda hiss eləyirsən.

– Əvvəllər bu bayramı daha çox bayram kimi hiss eləyirdim. İndi bilmirəm, yaş artır, yoxsa nədir, mənə sıradan görünür. Bəlkə də adamların maddi, mənəvi problemləri çoxalır, ondandır.

– Tək Novruz bayramı deyil, bütün bayramlar üçün insanda əsas xoşbəxtlik olmaldır.

– Bayram mənə görə çərşənbə axşamı tonqal qalayıb ətrafına toplaşmaqdır. Tonqal ətrafında düşünmək çox maraqlı olur. Dünənki axır çərşənbədə məhəllədə elə yekə tonqal qalamışdıq ki... Hava soyuq olsa da, bayramın bütün istiliyini yaşadıq.

Bayram süfrəsində 70 faizlik bahalaşma var

İqtisadçıların sözlərincə, bir il ərzində manatın iki dəfə dəyərdən düşməsi əhalinin Novruz süfrəsinə də təsir edib. “Güzəran” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Qadir İbrahimli, qiymətlər bahalaşdığından süfrənin zənginliyinin də, istər-istəməz, azaldığını vurğulayır:

Gözlə

No media source currently available

0:00 0:00:33 0:00

“Çünki hər bir devalvasiya əhalinin real gəlirlərinin müəyyən qədər azalmasına gətirib çıxarır. Bu gəlirllərin də azalması, təbii ki, bayram süfrələrinə də təsirini göstərir. Süfrədəki bayram məhsullarının çeşidi, həcmi azalır. Keçən illə müqayisədə, orta statistik azərbaycanlının bayram süfrəsində 70 faizlik bahalaşma var. Çünki devalvasiya zamanı ilk növbədə ərzaq məhsulları bahalaşır. Azərbaycan da ərzaq məhsullarının təxminən 70 faizini idxal edir. Bu il ortabab bayram süfrəsini hazırlamağa, ən azı, 150 manat vəsait lazımdr”.

Elə bayram bazarlığına çıxanlar da bunu təsdiqləyir. Alış-veriş edənlər, zəngin olmasa da, Novruz süfrəsi açmağa çalışdıqlarını söyləyirlər:

– İmkanı olan da, olmayan da mütləq süfrə bəzəyəcək, heç olmasa, bir xonça tutacaq.

– Bahadır, çox bahadır. Az-az da olsa, alırıq ki, masa boş qalmasın. Aşıb-daşması vacib deyil. Əziz bayramımızdır.

– Heç olmasa, 200 manat lazımdır ki, bir az şirniyyat bişirib yemək hazırlayasan. Şirniyyatı alanda lap baha olur, yenə bişirmək yaxşıdır.

– İldə bir dəfə olan bayramımızdır, əlbəttə süfrə açaçağıq. Ancaq əvvəlki illər kimi olmayacaq.

Papaqlara indi daha az şirniyyat qoyulur

Uşaqlar üçün isə bayramın ayrı ləzzəti var. Tonqal üstündən tullanıb, papaq atmaq onların ən çox sevdiyi Novruz ənənəsidir:

– Hər məhəllənin öz tonqalı olur. Kimin tonqalı yekədirsə, o məhəllənin uşaqları daha bacarıqlı sayılır. Papaq atmaq da ki, ayrı aləmdir. Gözləyirsən, papağa kim nə qoyacaq.

– Dünənki çərşənbədə papağımıza çox şey qoymadılar. Deyəsən camaat kasıblayıb.

Qədim, müasir, Novruz

Folklorşünas Sidqi Mustafayev deyir, uşaqlığının Novruz bayramlarını yaxşı xatırlayır. Bayrama 10 gün qalmış ev-eşik təmizlənər, valideynlər uşaqlara təzə paltar alar, ailə, qohum-qonşu bir-biri ilə bayramlaşardılar:

Gözlə

No media source currently available

0:00 0:00:47 0:00

“Yadıma gəlir ki, 1948-49-cu illərdə Novruz bayramında anam aş bişirirdi, xonça tuturdu. Folklorumuzda necədirsə, qonşular, qohumlar bir-birini o cür təbrik edirdilər. Sevinirdilər, Keçəl, Kosa camaata tamaşa göstərirdi. Səməni qoyulardı, sonradan o səmənidən halva bişirib qonşulara paylayardılar. Onda dövlət səviyyəsində bayramı qeyd eləmək olmazdı. Ancaq camaat heç vaxt bu bayramı unutmayıb, qədimdə də evlərdə keçirirdilər. 1981-82-ci illərdə isə rəhmətlik Şıxəli Qurbanov Novruz bayramını dövlət səviyyəsində qeyd elədi. Ondan sonra elə bil bu bayrama ikinci can gəldi”.

Şəhər şənlikləri

Hər il olduğu kimi, bu il də martın 20-21-də İçərişəhərdə, Milli Parkda Novruz şənlikləri keçiriləcək.

Bakı teatrları uşaqlar üçün tamaşalar hazırlayıb. Gənc Tamaşaçılar Teatrında, Kukla Teatrında martın 18-dən 25-ə qədər göstəriləcək tamaşalardan əvvəl Novruz personajları – Keçəllə Kosa uşaqları əyləndiəcək. Xalça Muzeyində “Bahar ilmələri” adlı sərgi açılıb. Milli Dram Teatrı böyükləri də unutmayıb. Bayram günlərində teatrın səhnəsində “Keçəlin şahlığı” adlı tamaşa göstəriləcək.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

XS
SM
MD
LG