Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:34

Sumqayıtda etirazlar- [Video]


"Kasıba park lazımdır, yoxsa..."
Gözlə

No media source currently available

0:00 0:03:21 0:00

"Kasıba park lazımdır, yoxsa..."

►Sumqayıt İcra hakimiyyəti deyir ki, baş verənlərdən xəbəri yoxdur

Sumqayıtın mərkəzində - Sülh küçəsində yerləşən mağazaların sahibləri prezident İlham Əliyevə, hüquq mühafizə orqanları rəhbərlərinə müraciət etməyə hazırlaşır.

Sahibkarlar deyir ki, yerli icra hakimiyyəti onların dükanlarını sökmək istəyir. Elə buna görə də yanvarın 10-da gəlib onlara işıqlarının kəsiləcəyi haqqında xəbərdarlıq ediblər.

Sumqayıt şəhər icra hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun müdiri Ənvər Hüseynov AzadlıqRadiosuna baş verənlərdən icra hakimiyyətinin məlumatı olmadığını bildirib:

“Bununla bağlı icra hakimiyyətini heç bir şifahi, ya da yazılı göstərişi yoxdur”.

Buna da bax: Köçkün ailə yanmış evdə yaşamağa məcburdu

Yanvarın 9-da Sülh küçəsindəki «Ən ucuz market» adlı mağaza boşaldılıb. Bundan sonra ətrafdakı mağazların işçiləri də bir yerə yığışıb. Onlar mağazalarının söküləcəyi ilə bağlı xəbərdar olunduqlarını bildirir.

Sumqayıtdakı Sülh küçəsində təxminən 170 ticarət və iaşə obyekti var.

XS
SM
MD
LG