Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:53

Rusiyalı mühacirlər Tbilisidə mitinq keçiriblər


Tbilisidə etiraz aksiyası, 23 oktyabr, 2022-ci il
Tbilisidə etiraz aksiyası, 23 oktyabr, 2022-ci il

Dünən – oktyabrın 23-də rusiyalı mühacirlər Gürcüstan paytaxtı Tbilisidə Ukraynadakı müharibə və Prezident Vladimir Putinin siyasətinə qarşı mitinq keçiriblər. Bu haqda SOTA Telegram kanalı xəbər yayıb. Jurnalistlər Rustavelli prospektindəki etiraza 500-dək şəxsin qatıldığını bildirir.

Tədbirin bir məqsədi ukraynalı qaçqınlar üçün pul yığmaq olub. SOTA mitinqin sonunda 3 min dollaradək vəsaitin yığıldığını bildirir.

Rusiyalı mühacirlərin mitinqini Free Russia Foundation beynəlxalq fondu təşkil edib.

Putin Ukraynadakı müharibə üçün “qismən səfərbərlik” elan edəndən sonra ölkəni tərk edən rusiyalıların sayı kəskin artıb. Müxtəlif hesablamalara görə, bu rəqəm bir neçə yüz mindən bir neçə milyonadək dəyişir, ancaq dəqiq say bəlli deyil.

“Mənə dedilər sülh məsələsinə qarışma, o, İ.Əliyevin monopoliyasındadı”
Gözlə

No media source currently available

0:00 0:09:54 0:00

Rusiyalıların mühacirət üçün ən çox üz tutduğu ölkələrdən biri Gürcüstandır. Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, sentyabrda Gürcüstan sərhədini 222 min rusiyalı keçib. Statistikada onlardan neçəsinin turizm, mühacirət, yaxud da tranzit məqsədilə getdiyi göstərilmir.

Ancaq DİN yanvarda Gürcüstana gələn rusiyalıların bundan 10 dəfə az olduğunu bildirir.

XS
SM
MD
LG