Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:25

Hansı tibb işçilərinin maaşları artırılacaq, hansılarının yox…


Bölgə xəstəxanalarında iş yeri var, həkim yox
Gözlə

No media source currently available

0:00 0:04:00 0:00

Bölgə xəstəxanalarında iş yeri var, həkim yox

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) sədri Zaur Əliyev bu günlər Azərbaycanda tibb işçilərinin maaşlarının artırılacağını bildirib. Onun sözlərinə görə, 31 ixtisas üzrə çalışan həkimlərin aylıq əmək haqları minimum 1000 manat olacaq. Sədrin vurğulamasına görə, onlardan 17 ixtisasda artım iki dəfəyə təşkil edəcək.

Artım 8 minə yaxın həkimə şamil olunmalıdır. Söhbət bu agentliyə aid tibb müəssisələrində çalışan həkimlərdən gedir. Bəs həmin agentliyə aid müəssisələrdə çalışan qalan həkimlərin? Üstəlik, onlar üçün bu əməkhaqqı kifayətdirmi?

Kimlərin maaşı daha çox artacaq?

İTSDA-dan "Turan"a deyilib ki, sözügedən artımların məqsədi tibb işçilərinin sosial rifahını yaxşılaşdırmaq və tibbi xidmətlərin vətəndaşlara əlçatanlığını təmin etməkdir: "17 ixtisas üzrə çalışan həkimlərin maaşında artım iki dəfəyədək təşkil edəcək. 14 ixtisas üzrə çalışan həkimin maaşında isə artım 20-90 faiz arası dəyişəcək".

Tibbi sığorta ödənişi artırlır, tibbi xidmətin keyfiyyəti də yüksələcəkmi?
Gözlə

No media source currently available

0:00 0:03:40 0:00

"Ən aşağı alan həkim…"

Məlumata görə, bundan öncə agentlik dörd dəfə əməkhaqqını qaldırıb: "Amma nəticə etibarilə həkimlərimizin əvvəlki maaşları o qədər aşağı olub ki, biz istədiyimiz məbləği təmin edə bilmirdik. Ona görə də agentliyin idarə heyəti qərara gəldi ki, həmin 31 ixtisas üzrə əmək haqları qaldırılsın. Ən aşağı alan həkim net şəkildə 1000 manat alsın. Bunun üzərinə digər əlavələr da gələcək. Məsələn, gecə növbəsi, elmi adı, işin çətin şəraiti və s.".

Vurğulanıb ki, siyahıda həkim-cərrahlar və təcili tibbi yardım stansiyalarının həkimləri yoxdur: "Onlar bonus sistemi ilə işləyirlər. Bonus sisteminin üstünlüyü ondan ibarətdir ki, hər bir həkim əməliyyat etdiyi saya görə əlavə vəsait alır. Cərrahlarımız kifayət qədər böyük məbləğdə bonuslar alır. Təcili tibbi yardım stansiyalarının həkimlərinə gəlincə, onlar onsuz da əməkhaqqını ikiqat məbləğdə alırdı və onların əməkhaqqısı 1000 manatı keçirdi".

Təyinatı dəyişdirilən xəstəxanada həkim tapılmır
Gözlə

No media source currently available

0:00 0:05:41 0:00

İyunun 1-dən

Dəyişikliklərin 2022-ci il iyunun 1-nə kimi qüvvəyə minməsi nəzərdə tutulur və illik əlavə maliyyə xərci təqribən 100 milyon manat təşkil edir.

Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev də AzadlıqRadiosuna bildirib ki, bəzi ixtisaslar üzrə həkimlərin aylıq əmək haqlarının artırılması təqdirəlayiqdir: "Lakin, necə deyərlər, "ilan vuran ala çatıdan qorxar". Koronavirus pandemiyası dövründə tibb işçilərinə söz verdilər ki, aylıq əmək haqlarınıza üç-beş qat əlavələr ediləcək. Təəssüflər olsun ki, bunun təsdiqini görmədik".

"Tibbi xidmət komanda işidir, tək həkimdən asılı deyil"

O qeyd edib ki, tibb işçiləri təkcə həkimlərdən ibarət deyil: "Çoxlu sayda tibb bacıları, eləcə də digər tibb işçiləri-köməkçi, texniki tibbi heyət var. Bu artımlar onların əmək haqqında öz ifadəsini necə tapacaq, bəlli deyil. Tibbi xidmət komanda işidir, tək həkimdən asılı deyil".

Təcili yardım işçisi:"Benzini özümüz alırıq"
Gözlə

No media source currently available

0:00 0:03:34 0:00

A.Əliyevin sözlərinə görə, təkliflər paketinin 2-ci bəndində bəzi ixtisas həkimlərinin aylıq əmək haqlarının 20-90 faiz artacağı bildirilir: "Bu, səhiyyə idarəçilərinin özlərinə bonus qazanması təklifidir. Yəni, bəzi geyim mağazalarında mövsümlə əlaqədar olaraq 70 faizə qədər endirim yazırlar. Soruşursan ki, "bu şalvar neçəyədir?", deyirlər ki, "10 faiz endirim var buna". Soruşursan ki, "bəs 70 faiz yazılıb", deyirlər ki, "yox, 70 faizə qədər yazılıb, soruşduğunuz cəmi 10 faiz endirimdədir". Burada da eyni cavab verilə bilər".

Həkim hesab edir ki, əgər deyilənlər həqiqət olsa, irəliyə doğru bir addım sayılacaq: "Olmasa, demək ki, növbəti yalançı piardır, tibb işçilərinin başını aldatmaq üçün. Gerçəksə, tibb işçilərinin və xəstələrin mənafeyində irəliyə addım olacaq".

XS
SM
MD
LG