Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:58

Nazir: "Atıcılıq Mərkəzində də toy mümkündür"- [Fotolar]


Azad Rəhimov
Azad Rəhimov

►"Madriddə də bunu görmüşəm"

Gənclər və idman naziri Azad Rəhimov Bakı Olimpiya Stadionunda toy mərasimlərinin keçirilməsi ideyasını bəyəndiyini deyib.

“Ailə mərasimləri və digər bu cür tədbirlərin keçirilməsi əla şəraiti olan obyektin saxlanması xərclərinin ödənilməsi üçün pul qazanmağa imkan verəcək” - deyən nazir təklif edib ki, toylar təkcə Olimpiya Stadionunda deyil, həm də Bakı Stend Atıcılığı Mərkəzində keçirilə bilər. (Fotolar burda)

Xəbəri Turan yayıb

A.Rəhimov deyib ki, hətta Madriddə stadionun belə məqsədlər üçün istifadə edilməsinin şahidi olub.

Nazirin haqqında danışdığı Bakı Olimpiya Stadionu ötən il Avropa Oyunları zamanı istifadəyə verilib. Onun inşasına 640 milyon dollar vəsait xərcləndiyi bildirilir. Avropa Oyunlarından sonra orada cəmi iki dəfə futbol oyunu keçirilib. Azərbaycan millisi İtaliya və Malta yığmalarıı ilə qarşılaşıb.

Olimpiya stadionunun rəhbərliyi bir neçə gün öncə idman arenasında toyların təşkili ilə bağlı elan verib. Elan bir sıra sosial şəbəkə istifadəçiləri arasında rişxəndlə qarşılanıb. Bir çoxları 640 milyon dollara başa gələn stadionda toy mərasimlərinin keçirilməsini tənqid edirlər.

SƏN DƏ FİKRİNİ DE, FORUMA QATIL

__________________________________________________________

Bu videolara da bax:

__________________________________________________________

XS
SM
MD
LG