Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:29

Türkiyəyə qarşı sanksiyalar qüvvəyə mindi


Foto arxiv
Foto arxiv

Yanvarın 1-dən Rusiyada bir sıra Türkiyə məhsullarına qoyulmuş embarqo qüvvəyə minib.

Söhbət apelsin, portağal, üzüm, alma, armud, ərik, şəftəli, gavalı, çiyələk, pomidor və tomat məhsulları, xiyar, soğan, kələm, dondurulmuş və hazır induşka və toyuq məhsulları, qələnfil və duzdan gedir.

Rəsmilər bundan əvvəl yanvarın 1-dən sərhəddə, anbarlarda və pərakəndə satışda ciddi monitorinq tətbiq ediləcəyini bildiriblər.

Qadağan edilmiş mal aşkar edilsə məhv ediləcək.

Rusiya həmçinin yanvarın 1-dən Türkiyə ilə vizasız gediş-gəlişi ləğv edib.

Bu qərar ötən ilin noyabrında qəbul edilib.

Amma Ankara hələlik Rusiyaya qarşı viza rejimi tətbiq eləmək fikrində deyil.

Bundan başqa Türkiyə şirkətlərinin yanvarın 1-dən Rusiyada turizm, hotel, tikinti işləri, mühəndis-texniki layihələndirmə, habelə dövlət və bələdiyyə sahəsində fəaliyyət göstərmələri qadağandır.

Türkiyənin noyabrın 24-də Suriya sərhədi yaxınlığında Rusiyanın SU-24 təyyarəsini vurmasından sonra iki ölkə arasındakı münasibətlər kəskin pisləşib.

Ankara təyyarənin ölkənin hava hüdudunu pozduğunu, Rusiya isə təyyarənin Suriya ərazisində vurulduğunu deyir.

XS
SM
MD
LG