Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:33

Türkiyə Rusiya gəmisini niyə yoxlamayıb?


Türkiyənin Bosfordakı sahil keşiyi xidmətinin kateri
Türkiyənin Bosfordakı sahil keşiyi xidmətinin kateri

Rusiya iyulun sonlarında Suriyadan Sparta II ticarət gəmisi ilə silah və hərbi texnika çıxarıb.

Beləliklə də Bosfor və Dardanel boğazalarından hərbi yüklərin keçməsinə Türkiyə tərəfindən qoyulmuş qadağan pozulub.

Türkiyə sözü gedən qadağanı Rusiya Ukraynaya hərbi müdaxilə edəndən dərhal sonra qoymuşdu.

Bu barədə məlumatı ABŞ hökumətindəki mənbələrə, Avropa kəşfiyyatına və peyk şəkillərinə istinadən Bloomberg agentliyi yayıb.

Agentlik bildirir ki, sözü gedən Sparta II gəmisi Rusiya Müdafiə Nazirliyinə bağlı Oboronlogistika şirkətinə aiddir.

Bu şirkət hazırda ABŞ sanksiyaları altındadır.

Dəfələrlə pozulan qadağan

İyul ayında bu gəmi Suriyanın Tartus limanından çıxaraq heç bir maneə olmadan Bosfor boğazından keçib və Rusiyanın Novorossiysk portuna gəlib.

Tartusda Rusiyanın hərbi dəniz bazası yerləşir.

Kəşfiyyat gəmidə ən azı 11 ədəd hərbi texnikanın olduğunu bildirir.

Gəmilərin hərəkətlərini izləyən MarineTraffic sisteminin məlumatına görə Sparta II hələ də Novorossiysk limanındadır.

Bloomberg-in məlumatına görə Rusiya Qara dənizlə silah daşımaları üçün dəfələrlə ticarət gəmilərindən istifadə edib.

Beləliklə hər dəfə Türkiyənin qoyduğu qadağan pozulub.

Bllomberg-in məlumatına görə Türkiyə tərəfinin nümayəndəsi bildirib ki, gəmi yalnız onun barəsində şübhələr olarsa, yoxlana bilər.

Ağ Ev hadisə ilə bağlı şərh verməyib.

XS
SM
MD
LG