Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:27

Putin Türkiyə sanksiyalarını təsdiq etdi


Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı iqtisadi və viza sanksiyalarının tətbiqi barədə fərmanı imzalayıb.

Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı iqtisadi və viza sanskiyalarının tətbiqi barədə fərmanı imzalayıb.

Kremlin internet saytında yerləşdirilmiş sənəddə deyilir ki, Türkiyənin bir sıra mallarının Rusiyaya idxalı qadağan olunur. Bu da əlavə edilir ki, qadağan olunmuş malların tam siyahısını hökumət hazırlayacaq.

Bu qadağan ayrı-ayrı adamların şəxsi istifadə üçün gətirəcəyi mallara şamil edilməyəck.

Bundan başqa Türkiyə şirkətlərinə Rusiyada bir sıra işlərin görülməsi qadağan ediləcək.

Türk lirəsinə zərbə

Bu barədə də siyahı ayrıca olaraq elan ediləcək. Bundan başqa Rusiya şirkətlərinə türkləri işə götürməmək tapşırılır. Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib ki, hazırda Rusiyada işləyən 90 min Türkiyə vətəndaşı var və ailə üzvlərin ilə birlikdə sanksiyalar 200 min insanı təsirləndirəcək.

Fərmanda həmçinin Türkiyə vətəndaşları üçün vizasız rejimin müvəqqəti olaraq dayandırılmasına dair müddəa yer alıb. Bundan əlavə turizm operatorlarına Türkiyəyə səfər paketlərinin satmaq qadağan olunub.

Sənəddə Rusiya və Türkiyə arasında çarter uçuşları qadağan olunur, Türkiyədən Rusiyaya gələn yük maşınlarına nəzarət artırılır.

Rusiya rəsmiləri bidlirirlər ki, Rusiyanın sanksiyaları Türkiyə iqtisadiyyatına və ilk növbədə milli valyuta lirəyə ciddi zərbə olacaq.

Təəssüf üzr deyil

Müşahidəçilər bildirirlər ki, sanksiyaların indi elan edilməsi təsadüfi xarakter daşımır.

Vladimir Putin Suriya ilə sərhəddə vurulmuş təyyarə üçün Türkiyənin rəsmi üzrxahlığını tələb etmişdi.

Cümə günü çıxış edən Türkiyə prezidenti Recep Tayyip Erdoğan baş vermiş insidentdən təəssüfləndiyini bildirib.

Moslva isə deyir ki, “təəsüflənmək” “üzr istəmək” deyil.

Kreml Erdoğanın Putinlə telefon əlaqəsinə girə bilmədiyi barədə bəyanatının doğruluğunu təsdiq edib.

Moskva bildirib ki, Putin telefon zənglərinə cavab vermək istəmir, beləki Ankara müzakirələrin aparılmasına “hazır görünmür”.

XS
SM
MD
LG