Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:30

Ruslar müdaxilə edəndə mülki dronun ömrü 5 dəqiqə çəkir


Ukraynalı mühəndis: Bu dronları vurmaq demək olar ki, mümkün deyil
Gözlə

No media source currently available

0:00 0:02:44 0:00

Ukraynalı mühəndis: Bu dronları vurmaq demək olar ki, mümkün deyil

Dronları qutularını açan kimi istifadəyə buraxmırlar, onları rus müdaxiləsindən qorumaq üçün modifikasiya edirlər

41 yaşlı keçmiş satış meneceri Ruslan fevralda ölkəsinin Rusiya hücumuna məruz qalmasından dərhal sonra dron silahlarından istifadənin incəliklərini öyrənməyə başlayıb.

Ruslanın aid olduğu, ehtiyat zabitlərdən təşkil olunmuş hərbi birlik müharibənin ilk günü Kiyevin Qostomel hava limanı yaxınlığında yerləşirdi. Həmin gün Rusiyanın elit silahlı qüvvələri hücuma keçmişdi. Ukrayna qüvvələri rus qoşunlarının platsdarmını vurmağa çalışarkən Ruslanın olduğu birlik 72-ci artilleriya briqadasına nişanalma ilə bağlı kömək gərəkdiyi haqda xəbər gəlir.

“Biri dronu uçurur, digərləri onu qoruyurdu”

Birliyin içində təlim görmüş dron operatorları olmasa da, Ruslan və yoldaşları bu işi öz öhdələrinə götürdülər.

"Komandadakı uşaqlardan birinin dronu var idi. Səkkiz nəfər idik. Biri dronu uçurur, digərləri onu qoruyurdu", – Ruslan deyir.

Yeddi ay sonra Ruslan ön cəbhədən arxa cəbhəyə keçərək Kiyevdəki Kruk dron məktəbində bu işin sirlərini öyrənir. Ukrayna ordusu və vətəndaş qurumları minlərlə dron operatoruna təlim verilməsi işinə xüsusi diqqət yetirir.

Ukrayna sosial mediasında müntəzəm olaraq ordu hissələrinə dron alınması üçün kraudfandinq kampaniyaları keçirilir. Ancaq Kiyevdə hərbi heyətə təlim verən “Dronarium” adlı başqa bir dron operatorluğu məktəbinin instruktoru 45 yaşlı Maks deyir ki, ən böyük problem pilot çatışmazlığıdır. Həm Ruslan, həm də Maksın soyadları təhlükəsizlik səbəblərindən dərc edilmir.

Kruk dron operatorları məktəbinin baş təlimatçısı Anton Frolov da Ukraynada təcrübəli operatorların çatışmadığını təsdiqləyir. "Göyü qazansaq, müharibəni də qazanarıq”, – o deyir.

“Mühüm üstünlük”

ABŞ-da fəaliyyət göstərən Dəniz Təhlilləri Mərkəzinin təhlilçisi Səmyuel Bendett Facebook şərhində yazıb ki, hətta daha köhnə, satın alına bilən dronlar belə "mühüm üstünlükdür”.

Rusiyanın Ukraynaya qarşı başladığı tammiqyaslı müharibə artıq səkkizinci ayındadır. Bu müharibədə dronlardan müxtəlif funksiyalar üçün istifadə olunur. Hər iki tərəf 300 kilometrədək məsafə qət edərək məlumat toplaya və ölümcül zərbələr endirə bilən qabaqcıl hərbi dronlardan yararlanır.

Ancaq mülki dronlar daha çox kara gəlir. Bunu xüsusən də Ukrayna tərəfinə aid etmək olar. Ən güclü hərbi dronlardan qat-qat ucuz olan, hava fotoqrafiyası üçün dizayn edilmiş kommersiya modellərindən hazırda düşmənin tank və sursat anbarlarının yerini təyin etmək üçün istifadə olunur.

Təlim görməyənlər pilot olarsa...

İyulun əvvəllərində Ukrayna ordusu Rəqəmsal Transformasiya Nazirliyi ilə birlikdə “Dron ordusu” adlı layihəyə başlayıb. Təşəbbüs çərçivəsində hərbi dronların alınması üçün pul toplanır, mülki şəxslərin dron ianələri proqramı gerçəkləşdirilir və mülki dron məktəblərinin hərbi heyətə dron operatorluğu təlimləri verməsi üçün iş görülür.

Maks deyir ki, müharibə yeni başlayanda bir çox həvəskar vətəndaş dron pilotu olmağa tələsdi. Ancaq təlim görməmiş adamların bu işə cəlbi ciddi itkilərə səbəb oldu.

Rəqəmsal transformasiyalar naziri Mıxaylo Fyodorovun açıqlamalarında deyilir ki, Rusiya tərəfinin operatorların mövqeyini təyin edərək onları hədəfə aldığı hallar da olub. Bu zaman onlar dronun hüquq-mühafizə qurumlarına yardım məqsədilə dizayn olunmuş təhlükəsizlik funksiyalarından yararlanıblar.

"Qarşıdakı 2 - 3 ayda 2 minədək operatora təlim verməyi planlaşdırırıq", – Fyodorov avqustda “Forbes Ukraine” jurnalına deyib.

Ayda 400 operatora təlim keçilir

“Kruk” və “Dronarium”a həm ianələr, həm də Rəqəmsal Transformasiya Nazirliyindən müəyyən maliyyə yardımı verilir. İnstruktor Frolovun sözlərinə görə, “Kruk” dron məktəbi apreldən bəri 400 operatora təlim verib. “Dronarium”unsa saytında onun müharibənin başlanmasından bəri 871 operatora təlim keçdiyi yazılıb.

“Dronarium”un baş təlimçisi Oleksandr məktəbin hazırda ölkə boyu 3 məkanda ümumilikdə ayda 400 operatora təlim verdiyini deyir.

Hər iki məktəbin təlimçiləri deyirlər ki, tələbə üçün ən vacib şey dronu işlədərkən aşkar olunmamağı bacarmaqdır. “Dronarium”da tələbələr mövqelərini yaxşı gizlətmək üçün kamuflyaj çadırlardan istifadə etməyi də öyrənirlər.

Dronu ruslar ələ keçirərsə...

Operatorlar rusların elektron avadanlıqla təchiz olunmuş birliklərinin onların dronlarına nəzarəti ələ keçirdiyi halda necə davranmalı olduqlarını da öyrənirlər. Oleksandr deyir ki, hər şey vəziyyətdən asılıdır: dron operatoru dron funksionallığını qismən itirsə belə nəzarəti əlində saxladığı müddətdə uçmağa davam edə bilər.

“Kruk”un proqramına maraqlı tələbələr üçün bombalama əməliyyatları da daxil edilib. Tələbələr əsl bombalarla eyni çəkiyə malik məşq bombacıqları yüklənmiş dronlarla işləyirlər.

“Dronarium”un 28 yaşlı təlimçisi daha öncə Xarkov yaxınlığında dron operatorunun köməkçisi olub. Ondan əvvəlsə dron idarə etməklə bağlı heç bir praktik təcrübəsi olmayıb. Dron operatoru batalyonu tərk edəndə o, operatorun yerinə keçib və beləliklə hər şeyi iş başında öyrənib.

Dronları qutularını açan kimi istifadəyə buraxmırlar. Oleksandrın sözlərinə görə, onları rus müdaxiləsindən qorumaq üçün modifikasiya edirlər.

Ermənistan dronlara qarşı yeni imkanları nəzərdən keçirir
Gözlə

No media source currently available

0:00 0:06:07 0:00

Antidron müdaxiləsi

Akela ləqəbli Ukrayna əsgəri cəbhədə rusların antidron müdaxiləsinin son dərəcə aktiv olduğunu deyir. Frolov deyir ki, ruslar aktiv elektron müdaxilə edəndə mülki dronun döyüş meydanında ömrü orta hesabla 5 dəqiqə çəkir.

Ukraynanın daha çox dron operatoru yetişdirməyə çalışması Rusiya ilə rəqabət şəraitində baş verir. Rusiya da kommersiya dronlarını daha bahalı modellərin yerinə istifadə etməyə çalışır.

Bu ay Rusiyanın qərbində yerləşən Novqorod şəhərində rusların işğal etdiyi Şərqi Ukrayna ərazilərindən olan operatorlar və mülki vətəndaşlar bir neçə günlük dron müsabiqəsi keçirib, mühazirələr oxuyublar.

Həmin tədbirlə bağlı bir sosial media kanalında bilikli dron operatorları və yaxşı instruktorlar sarıdan çox böyük qıtlıq yaşandığı bildirilir.

"Onlar bizə başqa seçim qoymayıblar. Əgər bu kreslo uça bilsəydi, onu da uçurdardıq”, – Fyodorov yaxınlıqdakı oturacağa işarə edərək deyir.

XS
SM
MD
LG