Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:09

Ukrayna Rusiyanın silah anbarlarına zərbələr endirdiyini bildirir


Partlayışların peyk görüntüsü
Partlayışların peyk görüntüsü

İyunun 25-ə keçən gecə Rusiyanın Voronej və Belqorod vilayətləri dron hücumlarına məruz qalıb.

Rusiya Müdafiə Nazirliyi Belqorod üzərində 29, Voronejdə isə bir dronunun vurulduğunu bildirib.

Astra teleqram kanalı bildirir ki, Voronej vilayətinə hücum zamanı iki dron Olxovatka qəsəbəsindəki hərbi hissənin ərazisinə çırpılıb. Zərbə nəticəsində hər birində 3 mindən çox sursat olan iki sursat anbarının yandığı xəbər verilir.

“Vesti Voroneja” yazır ki, hadisənin ardınca qəsəbəyə giriş və çıxışı bağlayıblar, sakinlərə isə evlərindən çıxmamaq tövsiyə olunub.

Olxovatkada baş vermiş partlayışlar barəsində daha sonra vilayətin qubernatoru da məlumat verib.

Onun sözlərinə görə Olxovatsk rayonunda mülki tikililərdən aralıda yerləşən ərazidə partlayıcı maddələrin detonasiyası baş verib.

Qubernator daha sonra Olxovatsk rayonunda fövqəladə vəziyyətin elan olunduğunu bildirib.

Bu da xəbər verilir ki, Olxovatka qəsəbəsi sakinlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə uşaq bağçalarının və Olxovatka orta məktəbinin bazasında yaradılmış məktəbyanı düşərgənin fəaliyyəti dayandırılıb.

Məsuliyyəti üzərinə Ukrayna hərbi kəşfiyyatı götürüb

Voronej vilayətindəki sursat anbarlarının vurulmasına görə məsuliyyəti öz üzərinə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi – GUR götürüb.

GUR-un bu barədə məlumatında deyilir:

"Əməliyyatı Ukrayna MN GUR-un aktiv hərəkətlər departamentinin döyüşçüləri həyata keçiriblər. Gecə ümumi sahəsi 3500 kvadratmetr olan meydançalarda detonasiya nəticəsində yanğın baş verib və yanğın hələ də davam edir. Anbarın ölçüləri nəzərə alınarsa, demək olar ki, partlayışlar hələ çox davam edəcək”.

Voronej vilayətinin qubernatoru xəbər vermişdi ki, iyunun 25-ə keçən gecə Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən iki dron vurulub.

İyunun 25-də habelə Belqorod və Stroitel şəhərləri dronların hücuma məruz qalıb.

Bunun nəticəsində dörd nəfərin xəsarət aldığı bildirilir.

Onlardan iki qadına və bir kişiyə lazımi tibbi yardım göstərilib.

Bu da xəbər verilir ki, dron hücumu nəticəsində Stroitel və Belqorod şəhərlərində avtomobillərə və xüsusi evlərə ziyan dəyib.

“Belqorod №1” teleqram kanalı Belqoroddakı “Privilegiya” yaşayış massivində dron zərbəsinə məruz qalmış binanın fotosunu dərc edib.

XS
SM
MD
LG