Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:30

Ukrayna Rusiyanın daha bir sursat anbarını vurduğunu bildirir


Ukraynanın dron operatorları (Arxiv fotosu)
Ukraynanın dron operatorları (Arxiv fotosu)

Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir ki, oktyabrın 9-a keçən gecə Rusiya ərazisi üzərində 47 Ukrayna dronu vurulub.

Onlardan təxminən yarısının Bryansk vilayəti üzərində vurulduğu xəbər verilir. Regionun qubernatoru Aleksandr Boqomaz gecə ərzində bir neçə dəfə dronların zərərsizləşdirilməsi barəsində məlumat verib. Onun sözlərinə görə dağıntı və itki olmayıb.

Bununla belə sosial şəbəkə istifadəçiləri və Ukrayna mediası Bryansk vilayətinin Karaçev şəhəri yaxınlığındakı sursat anbarında yanğın və partlayışların baş verdiyini yazırlar. Karaçev Ukryana ilə sərhədin yaxınlığındadır.

Bryansk vilayətinin fövqəladə hallar xidməti daha sonra xəbər verib ki, rayonda “partlayıcı əşyaların partlaması” ilə bağlı fövqəladə vəziyyət elan edilib.

Səhər saatlarında yerli hakimiyyət orqanları şəhərdə “qəzaya görə” su təchizatının dayandırıldığını xəbər vermişdi. Bunların dron hücumları ilə bağlı olub-olmaması barədə məlumat verilmir.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidməti idarəsinin dezinformasiyalarla mübarizə idarəsinin başçısı Andrey Kovalenko bildirir ki, Ukrayna dronları Rusiya Müdafiə Nazirliyinin baş raket-artilleriya idarəsinin 67-ci arsenalına zərbə endiriblər.

Onun sözlərinə görə burada, Şimali Koreyadan alınmış raketlər də daxil idarə olunan aviasiya bombaları saxlanır.

Başqa yerlərdə

Rostov vilayətinin qubernatoru Vasili Qolubevin verdiyi məlumata görə regionda “kütləvi dron hücumunun” qarşısı alınıb.

Onun sözlərinə görə dron qırıntılarının Kaqalitsk rayonuna düşməsi nəticəsində yaranmış yanğın söndürülüb.

Krasnodar diyarında Şerbinovsk rayonu hücuma məruz qalıb. Burada Şabelskoye kəndində qaz kəməri sıradan çıxıb.

Bu kənd Yeysk hərbi aerodromunun 20 kilometrliyində yerləşir. Bundan az əvvəl Rusiya mənbələri həmin aerodromun hücuma məruz qaldığını xəbər verirdilər.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə Azov dənizinin akvatoriyası üzərində 13 dron vurulub.

Bu arada Belqorod rayonunun Petrovka və Solovyovka kəndlərinin tamamilə boşaldığı xəbər verilir. Rayonun başçısı Anna Kutaşova bildirib ki, bu kəndlərin sakinləri hələ təxliyə elan olunmazdan əvvəl evlərini tərk ediblər.

Bu yaxınlarda Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov demişdi ki, təxliyə məqsədi ilə bu kəndlərə giriş və çıxış bağlanıb.

XS
SM
MD
LG