Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:39

Ukrayna 108 əsir qadının azad olunduğunu deyir


Əsirlikdən azad olunmuş qadınlar
Əsirlikdən azad olunmuş qadınlar

Yermak deyib ki, qadınlar tibbi müayinədən keçəndən sonra ailələrinə qaytarılacaq

Ukrayna Rusiya ilə daha bir “irimiqyaslı”, bu dəfə ancaq qadınlardan ibarət əsir mübadiləsi həyata keçirdiyini deyir.

Azovstal-dan 37 nəfər buraxılıb

Prezident idarəsinin başçısı Andrey Yermak Telegram-da oktyabrın 17-də mübadilə nəticəsində 108 qadının azad olunduğunu yazıb.

Müstəqillik Aktının müəlliflərindən biri danışır
Gözlə

No media source currently available

0:00 0:04:32 0:00

“Qadınlar və qızlar əsirlikdə qalmışdılar, qohumları onları gözləyirdi”, – Yermak bildirib.

Azad olunanlar arasında Ukraynanın Mariupol liman şəhərindəki Azovstal polad zavodunda saxlanan 37 qadın da olub. Rusiya qüvvələri həmin şəhəri həftələrlə çəkən döyüşlərdən sonra, mayda ələ keçirib.

Qadınların çoxu Ukrayna silahlı qüvvələrinin üzvləridir. Yermakın yaydığı fotoda, uniformalı, gülümsəyən qadınlar görünür.

İşğaldan öncə saxlananlar olub

Qadınların bəziləri Rusiya fevralın 24-də işğala başlamazdan öncə ələ keçirilib, “həddən artıq ukraynapərəst mövqeyə” görə saxlanıb.

Yermak deyib ki, qadınlar tibbi müayinədən keçəndən sonra ailələrinə qaytarılacaq.

O, Ukraynanın azad etdiyi əsirlər haqda detalları açıqlamayıb, mübadilənin gərgin keçdiyini yazıb. Rusiyanın işğalı altında Ukrayna vilayətlərinə Moskvanın təyin etdiyi məmurlar isə Kiyevin 80 mülki və 30 hərbçini azad etdiyini bildirib.

Kiyevlə Moskva arasında sonuncu əsir mübadiləsi oktyabrın 13-də gerçəkləşib, 20 ukraynalı əsgər azad olunub. Həmin həftə daha öncə 32 əsgər buraxılmışdı. Bundan başqa Ukrayna üçün könüllü döyüşmüş israillinin meyiti qaytarılıb.

XS
SM
MD
LG