Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:39

Azərbaycanda ən çox ehtiyac içində yaşayan rayonlar


Neftçalada imkansız ailənin gözü kömək axtarır
Gözlə

No media source currently available

0:00 0:01:47 0:00

Neftçalada imkansız ailənin gözü kömək axtarır

Ünvanlı sosial yardım alanların sayı 30 faizə yaxın azalıb

2007-ci ildən bəri Azərbaycanda aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımı verilir. Müvafiq qanuna görə, ünvanlı dövlət sosial yardımı orta aylıq gəliri ehtiyac meyarından aşağı olan şəxslərlə verilir və həmin şəxslər aztəminatlı sayılır. Bu il üçün Azərbaycanda ehtiyac meyarının məbləği 170 manatdır. Ailələrə ünvanlı dövlət sosial yardımı təyin edilərkən ailə üzvlərinin sayı ehtiyac məbləğinə vurulur. Əgər ailənin toplam gəlirlərinin məbləği həmin rəqəmdən azdırsa, aradakı fərq ailəyə ünvanlı dövlət sosial yardımı kimi ödənilir.

Rəsmi rəqəmlərdən aydın olur ki, son bir ildə ünvanlı dövlət sosial yardımı alanların sayında ciddi azalma var. Ötən ilin birinci yarısında ölkədə 84 min 600 aztəminatlı ailənin 351 min 800 üzvü ünvanlı dövlət sosial yardımı alırdı. Həmin vaxt ölkədə bir nəfərə düşən orta aylıq yardım məbləği 54 manat 12 qəpik idi. Bu il iyulun 1-nə olan nəticələrə görə, hazırda ölkədə 62 min aztəminatlı ailənin 264 min 100 üzvü həmin yardımdan faydalana bilir. Bu o deməkdir ki, son bir il ərzində 22 min 600 ailəyə ünvanlı dövlət sosial yardım ödənilməsi dayandırılıb və yardım alan ailələrin sayı 27 faizə yaxın azalıb. Ünvanlı dövlət sosial yardımı alan şəxslərin də sayı həmin müddət ərzində 87 min 700 nəfər azalıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25 faiz azalma deməkdir. Yəni, son bir il ərzində ünvanlı dövlət sosial yardımı alan hər dörd nəfərdən biri bu yardımı itirib.

Ünvanını dəyişdi, ünvanlı sosial yardımı kəsildi
Gözlə

No media source currently available

0:00 0:03:30 0:00

Ən çox hansı rayonlar ehtiyac içindədir?

Bu ilin iyuluna olan nəticələrə görə, ünvanlı dövlət sosial yardımı alanlar ən çox Bakıda yaşayır. Paytaxtda 24 min 860 nəfər həmin ödənişdən faydalanır. 10 mindən çox insanın ünvanlı dövlət sosial yardımı əldə etdiyi digər şəhər və rayonlarsa - Lənkəran (19 min), Masallı ( 17 min 400) və Salyandır (10 min 650). Amma rayonlarda gəliri ehtiyac meyarından aşağı olanlarla bağlı daha aydın təsəvvür yaratmaq çətindir. Niyə? Çünki vacib olan rəqəm toplam yardım alanların sayı deyil, yardım alanların toplam əhalinin nə qədər hissəsini təşkil etməsidir. Axı bəzi hallarda rayonların əhali sayı arasındakı fərq bir neçə dəfəyədək yüksələ bilir. Buna dayanıb müqayisə aparanda üzə çıxır ki, ölkədə ən çox ünvanlı dövlət sosial yardımı alan rayon Yardımlıdır. Rəsmi rəqəmlərdən aydın olur ki, burada təxminən hər altı rayon sakinindən birinə ünvanlı dövlət sosial yardımı ödənilir. İlk üçlükdəki digər iki rayon da cənub bölgəsində yerləşir. Belə ki, Lənkəranda sakinlərin 8.2 faizi, Masallıda 7.6 faiz ünvanlı dövlət sosial yardımı alır. Salyan rayonunda da bənzər durum gözə çarpır: 7.6 faiz.

Cədvəl: Ünvanlı dövlət sosial yardımı alan şəxslərin sayca toplam əhali sayı arasında ən çox olduğu rayon və şəhərlər

Bölgələr

Ünvanlı dövlət sosial yardımı alanların sayı

Əhali sayı (01.01.2020)

Yardım alanların xüsusi çəkisi

1

Yardımlı rayonu

8 min 698

68 min

12.8%

2

Lənkəran şəhəri

18 min 985

230 min 200

8.2%

3

Masallı rayonu

17 min 373

227 min 700

7.6%

4

Salyan rayonu

10 min 642

139 min 900

7.6%

5

Şabran rayonu

3 min 736

59 min 900

6.2%

6

Göygöl rayonu

3 min 877

64 min 600

6.0%

7

Goranboy rayonu

6 min 265

105 min

6.0%

8

Yevlax şəhəri

7 min 664

129 min 700

5,9%

9

Mingəçevir şəhəri

6 min 175

106 min 100

5.8%

10

Laçın rayonu

4 min 503

78 min 600

5.7%

Ünvanlı dövlət sosial yardımından ən az yararlananlar

Maraqlıdır ki, sosial yardım alan sayının toplam əhali sayına nisbətinin ən aşağı olduğu ilk yeddi bölgədən dördü Şəki-Zaqatala iqtisadi rayonu ərazisində yerləşir. Xankəndi şəhəri nəzərə alınmasa, bu göstəriciyə görə, ölkədə ən aşağı nəticə Balakən rayonundadır. Balakəndə cəmi 181 nəfər - rayon əhalisinin toplam sayının 0.2 faizi ünvanlı dövlət sosial yardımı alır. Göyçayda bu göstərici 0.4 faizdir. Qəbələ rayonunda və Naxçıvan Muxtar Respublikasında ünvanlı dövlət sosial yardımı alanlar bütün əhalinin 0.5 faizidir.

Cədvəl: Ünvanlı dövlət sosial yardımı alan şəxslərin sayca xüsusi çəkisinin bütün əhali arasında ən aşağı olduğu rayon və şəhərlər

Bölgələr

Ünvanlı dövlət sosial yardımı alanların sayı

Əhali sayı (01.01.2020)

Yardım alanların xüsusi çəkisi

1

Balakən rayonu

181

99 min 100

0.2%

2

Göyçay rayonu

494

121 min 700

0.4%

3

Naxçıvan Muxtar Respublikası

2 min 151

459 min 600

0.5%

4

Qəbələ rayonu

524

107 min 800

0.5%

5

Qax rayonu

341

57 min 200

0.6%

6

Zaqatala rayonu

949

129 min 800

0.7%

7

İsmayıllı rayonu

670

87 min 400

0.8%

8

Ağstafa rayonu

690

88 min 500

0.8%

9

Gədəbəy rayonu

993

100 min 900

1.0%

10

Qobustan rayonu

475

47 min 400

1,0%

XS
SM
MD
LG