Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:33

Cəlal Əliyevin vəkili həbsdən buraxıldı: o, vəkil pullarının yeyintisində suçlanırdı


Sümbülə Əliyeva
Sümbülə Əliyeva

Mərhum deputat-akademik Cəlal Əliyevin vəkili olmuş Sümbülə Əliyeva 4 ay həbsdə saxlanılandan sonra azadlığa buraxılıb. İyulun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub və şərti cəza ilə məhkəmə zalındaca həbsdən azad edilib.

S.Əliyeva külli miqdarda vəsaitin yeyintisində suçlu sayılsa da, ona 2 il sınaq müddəti olmaqla 4 il şərti cəza verilib.

Prokuror da hökmdən öncə S.Əliyevaya 4 il cəza verilməsini təklif edib, amma həmin cəzanı həbsxanada çəkməsini istəyib.

Toplam 200 min manata yaxın yeyintidən söhbət gedir

S.Əliyeva 1 saylı hüquq məsləhətxanasına (hazırda "Mərkəz" vəkil bürosu adlanır) rəhbərlik etdiyi dövrdə orada fəaliyyət göstərən vəkillərin pullarını mənimsəməkdə suçlanır. Söhbət dövlət hesabına işə çıxan vəkillərə ayrılıb-köçürülən, müştərilərlə müqavilələrdən vəkillərə çatası pulların, eləcə də vergi və sosial sığorta haqqı kimi ödənilmiş vəsaitlərin yeyintisindən gedir. Cinayət işində toplam 200 min manat civarında ziyandan bəhs edilir.

Prosesdə Vəkillər Kollegiyası, Dövlət Vergi Xidməti və Dövlət Sosial Müdafiə Fondu zərərçəkmiş qismində tanınıb.

S.Əliyeva özünü təqsirli bilmir. O, məhkəmədə bildirib ki, büronun rəhbəri vəzifəsindən sonra aparılan yoxlamanın nəticələri düzgün deyil. Onun sözlərinə görə, bir çox sənəd yandırıldığından obyektiv, hərtərəfli araşdırma aparmaq imkansız idi.

Dövlət hesabına işə çıxan vəkil pullarının mənimsənilməsinə gəlincə, o əlavə edib ki, həmin vəsaitlərin köçürülməsi aylarla, illərlə yubanırmış.

S.Əliyeva haqqında Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi 3 ilə yaxındır davam edirdi.

'Vəkil 3 min istədi': Vəkil xidməti əlçatandımı? (QİYMƏTLƏR)
Gözlə

No media source currently available

0:00 0:04:48 0:00

İstintaq dövründə S.Əliyeva həbsdə olmayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində gerçəkləşdirilən məhkəmə 2021-ci ilin iyununda başlansa, məhkəmə zalındaca onun həbsinə qərar verilsə də, o, 10 günlük müddətə ev dustaqlığına buraxılmışdı. Həmin zamandan məhkəmə iclaslarına evindən gedib-gələn S.Əliyeva ötənilki və builki məhkəmələrə gəlmədiyindən martın 20-də həbs edilmişdi.

Məhkəmə iclaslarına gəlməməsini səhhətindəki problemlərə bağlayan və həbsinə görə Vəkillər Kollegiyasının rəhbərliyini günahlandıran S.Əliyeva sifarişlə həbs olunduğunu iddia edib.

Bu cinayət işi üzrə şahid qismində məhkəmədə dindirilən vəkillərin bir bölümü S.Əliyevadan şikayətçi olublar. Onlar zəhmətə qatlaşıb müdafiəçi kimi xidmət göstərdiklərini, amma görülən işə görə alacaqları vəsaitin kassada toplanaraq mənimsənildiyini deyiblər. Məsələn, vəkil Mehman Abbasov məhkəmədə iddia edib ki, onun kassada toplanmış 19 min manata yaxın pulu ələ keçirilib. Onun sözlərinə görə, bu vəsaitin bir hissəsini vergi, sosial sığorta və başqa xərclərə çıxılsa belə, ona çatacaq, azı, 12 min manatlıq yeyinti var.

Xatırlatma

S.Əliyeva vəkil bürosunun rəhbəri çalışmaqla yanaşı, uzun müddət Vəkillər Kollegiyası Rəyasət Heyətinin də üzvü olub. O, ictimai-siyasi fəalların hüquqlarını qoruyan bir çox vəkilin fəaliyyətinin dayandırılmasına səs verənlərdən biridir. Həmin vəkillər arasında Yalçın İmanov, Əlayif Həsənov və başqaları var.

Mərhum deputat Cəlal Əliyevin vəkili kimi S.Əliyevanın çıxdığı bir neçə məhkəmə işində jurnalistlər ya cərimələnib, yaxud da həbs ediliblər. "Müxalifət" qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadə də sözügedən məhkəmələr nəticəsində prezidentin əmisi haqda yazılarına görə həbsə atılanlar sırasındadır.

XS
SM
MD
LG