Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:41

Cəriməni ödə, həbsdən can qurtar...


►"Sovet dövründə də cərimələr, cəzalar artırılmışdı, ancaq proses dayanmadı"

İnzibati Xətalar Məcəlləsinə az qala hər gün dəyişiklik edilir. Ya hansısa pozuntular üçün olan cərimələr artırılır, ya da həbs müddəti… Artan cərimələrinsə miqdarı əvvəlkindən 5-10 dəfə çoxdur.

Evdə səs-küy salma, qapalı məkanlarda siqaret çəkilmə, torpaqları qanunsuz zəbt edib tikinti aparmaq, dini qurumların fəaliyyəti, ümumi istifadə yerlərinin təmiz saxlanmaması və başqa məsələlər də daxil cərimələrin həcmi artırılıb.

Təsdiqlənən dəyişikliklərlə yanaşı təsdiqini gözləyən təkliflər də var. İcazəsiz aksiyalarda iştirak, avromobilin sərxoş idarə edilməsi, adam döyməyə görə də cərimələrin artırılması təklif edilib.

Müstəqil ekspertlər cərimələrin artım səbəbi ilə bağlı müxtəlif versiyalar səsləndirir. Kimi boşalan büdcənin doldurulması üçün atılan addım kimi dəyərləndirir, kimi də əhalinin “əl-qolunu bağlamaq” kimi…

Buna da bax: Bu axmaq vergilər hansı ölkələrdə olub?- [Tapmaca]

SOVETDƏNQALMA “TƏRBİYƏLƏNDİRMƏ” ÜSULU

Erkin Qədirli
Erkin Qədirli

Hüquqşünas Erkin Qədirli deyir ki, cəzaların artımı problemlərin həlli üçün çözüm yolu deyil, qanunların icrasına nəzarət etməli olan orqan qanunları pozur və qanunsuzluq mühiti yaranır. Hüquqşünas Sovet dövründən də missal çəkir:

“Sovet vaxtında qaydalar çox sərtləşmişdi - qanusuz valyuta dövriyyəsi, piştaxta altından satış və başqa məsələlərə görə cərimələr sərtləşdirilmişdi. Cərimələr, cəzalar artırdı, ancaq proses dayanmadı. Korrupsiya daha da artmışdı. Artırılan cərimələr qanunu pozanla cəza verməli olan şəxs arasında fürsətlər açacaq. Cərimənin həcmindən daha az ödəməklə cəzadan xilas olacaq. Alınan pullarsa büdcəyə getməyəcək. Belə görünür ki, hamı qanunu pozur. Günahsa sistemdədir”.

Erkin Qədirli hesab edir ki, ağır cərimələr başqa pozuntulara yol açacaq.

Buna da bax: Şərlənən 200 jurnalist...

PUL ÖDƏ, HƏBS OLUNMA

Əhməd Qəşəmoğlu
Əhməd Qəşəmoğlu

Sosioloq Əhməd Qəşəmoğlusa cəzaların artırılmasını müsbət dəyərləndirib. O, cəzaların tətbiqi ilə bərabər maarifləndirmə işlərinin də aparılmasını məqsədəuyğun sayır:

“Bizim əhalinin davaranşında tənqid olunası məqamlar var. Cəmiyyətdəki neqativ halların qarşısını almağın bir yolu da maarifləndirməkdir. Ailədən misal çəkim. Uşağı döyməklə onu tərbiyələndirmək olmaz, onu həm də başa salmaq, maarifləndirmək lazımdır. Cərimələr hər cəmiyyətdə bir cür effect verir. Mən bilmirəm Məcəlləyə dəyişikliyi hazırlayanlar toplumun psixologiyasını nəzərə alıblar, ya yox. İş icraçılarının da durumdan sui-istifadə edəcəyindən narahatam. Qadağalar artırsa, fəaliyyət planı olmalıdır ki, maarifləndirmə işləri artsın. Ancaq, hələ ki, bir fəaliyyət planı yoxdur.”

Fazil Mustafa
Fazil Mustafa

Deputat Fazil Mustafa İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikləri, cərimələrin artırılmasını müsbət qiymətləndirib. Deyir ki, burda məqsəd maddi məsuliyyəti artırmaqdır:

“Cəzalar ona görə artırılır ki, insanlar həbs olunmasın. Törətdikləri əmələ görə pul ödəsinlər, maddi məsuliyyət daşısınlar”

XS
SM
MD
LG