Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:45

Azərbaycan Xaçanovun cəzalandırılmasını istəyir, ITF cavab verir


Karen Xaçanov
Karen Xaçanov

Beynəlxalq Tennis Federasiyası (ITF) yanvarın 25-də bildirib ki, Azərbaycan Tennis Federasiyasının Rusiya idmançısı Karen Xaçanovun cəzalandırılmasını tələb edən məktubunu Australian Open yarışının təşkilatçılarına göndərib.

Erməni əsilli Xaçanov məhz bu yarışın matçlarından birində qalib gələndən sonra Qarabağ ermənilərinə dəstək bildirən mesaj göndərmişdi.

Azərbaycan Tennis Federasiyası ITF-dən Xaçanov barəsində tədbir görülməsini tələb etmişdi.

Karen Xaçanov “Böyük dəbilqə” turnirində yarımfinal mərhələsinə çatıb. O yanvarın 24-də televiziya kamerasının üstünə “Artsax (Qarabağ-red) möhkəm dayan!” yazmışdı.

O daha sonra izah etmişdi ki, bunu erməni əsilli olmasına görə və erməni köklərinə ehtiram göstərmək məqsədilə edib.

ITF yanvarın 24-də məktubu öyrəndiyini yazmışdı.

Reuters yazır ki, təşkilat yanvarın 25-də məktubu aidiyyəti ilə yarış təşkilatçılarına göndərdiyini bildirib:

"Böyük dəbilqə yarışlarında oyunçuların davranışı müvafiq təşkilatçı və tənzimləyicinin qaydalarına uyğun olaraq “Böyük dəbilqə”nin özü tərəfindən tənzimlənir”.

Xaçanov bunu da demişdi ki, ona gələcəkdə belə mesajlar yazmaması barədə rəsmi xəbərdarlıq edilməyib.

Ermənistanlı miqrantlar Rusiyada iş tapa bilmədiyini deyirlər
Gözlə

No media source currently available

0:00 0:02:16 0:00

Bundan əvvəl

Beynəlxalq Tennis Federasiyası (ITF) bildirib ki, Azərbaycanın erməni əsilli tennisçi Karen Xaçanovla bağlı etiraz məktubuna cavab hazırlayır.

Reuters agentliyinin xəbərinə görə Xaçanovun özü isə ona gələcəkdə telekameraya bu cür mesajları yazmamasına dair heç bir xəbərdarlığın edilməidiyini deyir.

Tennisçi yanvarın 24-də “Australian Open” turnirində dörddə bir final matçında qalib gəldikdən sonra bu barədə danışıb:

"Mən dəfələrlə demişəm ki, mənim erməni köklərim var. Mənim atam tərəfindən, babam tərəfindən, hətta anam tərəfindən erməni köklərim var. Mən yarıerməniyəm. Düzünü desəm, mən bu məsələnin dərininə getmək istəməzdim. Mən sadəcə olaraq xalqıma güc və dəstək nümayiş etdirmişəm, vəssəlam”.

“Australian Open” turnirinin təşkilatçıları siyasi məsələlərdə xüsusi mövqeyə malikdir.

Bu yaxınlarda Ukrayna tennisçisinin iştirak etdiyi yarışda Rusiya bayraqlarının nümayiş etdirilməsi qadağan olunub.

Ukraynada müharibə başlandıqdan sonra Rusiya və Belarus tennisçilərinin Uimbldon turnirində iştirakı qadağan edilib.

Bununla belə onların Avstraliya turnirində komanda ilə yox, tək-tək müstəqil şəkildə oynamalarına icazə verilib.

Azərbaycan tərəfinin etirazına səbəb nə idi

Bundan əvvəl verilən xəbərlrədə deyilirdi ki, Azərbaycan Beynəlxalq Tennis Federasiyası və Rusiya Tennis Federasiyasına müraciət edərək Karen Xaçanovun cəzalandırılmasını istəyib.

Səbəb idmançının “Australian Open” turnirində qələbəsindən sonra kameranın obyektivinə Azərbaycanın Qarabağ regionuna dəstək mesajı yazmasıdır.

Erməni kökənli rusiyalı Xaçanov “Böyük dəbilqə” (“Grand Slam”) turnirində qələbələrindən sonra kameranın obyektivinə iki dəfə “Artsax, möhkəm ol!” sözlərini yazıb. Ermənilər Qarabağa “Artsax” deyirlər.

“Tennisçi provokativ hərəkətlərinə görə cəzalandırılmalı, belə vəziyyətin təkrarlanmasına yol verilməməlidir”, – Azərbaycan Tennis Federasiyası yanvarın 23-də bəyanatında bildirib.

“Australian open” turnirlərindən sonra qaliblər adətən kort yaxınlığındakı kameranın obyektivinə adlarını yazırlar.

Xaçanov yanvarın 24-də 1/4 finalda amerikalı Sebastyan Kordaya qalib gəlib. Moskvada doğulmuş Xaçanovun atası Yerevandandır.

26- yaşlı, dünyada 20-ci yerdə olan tennisçi daha öncə dəfələrlə erməni kökənli olduğunu qeyd edib.

Avropa rəsmisi Yerevanda "Laçın dəhlizi"ni müzakirə edir. Qazın kəsildiyi bildirilir
Gözlə

No media source currently available

0:00 0:03:14 0:00

Xatırlatma

Azərbaycan 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Dekabrın 12-dən Laçın dəhlizində ekoloji tələblərlə aksiya keçirən azərbaycanlı fəallar Qarabağda filiz yataqlarının qanunsuz istismarına etiraz etdiklərini deyirlər. Rəsmi Bakı yolun humanitar məqsədlər üçün açıq olduğunu bildirir. Yerevan isə deyir ki, Qarabağ əhalisi blokadaya alınıb, məqsəd etnik ermənilərin regiondan çıxmasına, ya da Azərbaycanın suverenliyini qəbul etməsinə nail olmaqdır.

XS
SM
MD
LG