Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:57

Əli Kərimli: 'İlham Əliyev Cümhuriyyət dəyərlərinə sadiq olsaydı...' [video]


İlham Əliyev yenə cümhuriyyət qurucularını qınadı. Əli Kərimli də danışdı
Gözlə

No media source currently available

0:00 0:14:51 0:00

İlham Əliyev yenə Cümhuriyyət qurucularını qınadı. Ekspertlər bu barədə nə deyirlər... [A-Live]

Bu il, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından 100 il keçir. Prezident İlham Əliyev bu münasibətlə tədbirlər planının hazırlanması üçün Nazirlər Kabinetinə göstəriş verib.

Müxalifdə olan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli isə deyir ki, iqtidarın Cümhuriyyətin 100 illiyini layiqincə qeyd edəcəyinə inanmır, deyir ki, İlham Əliyev Cümhuriyyət dəyərlərinə sadiq olsaydı, siyasətini başqa cür qurardı:

Buna da bax: 2018 'Azərbaycan Xalq Cümhuriyyəti ili' elan edilib

Əli Kərimli
Əli Kərimli

“İlk növbədə o, bütün siyasi məhbusları azad edərdi. Necə olur ki, 100 il bundan qabaq dünyanın ən qabaqcıl Cümhuriyyətini qurmuş dövlətində 150-ə qədər siyasi məhbus olsun?! Bu dövlət dünyada adambaşına düşən siyasi məhbusların sayına görə 1-ci olsun?! Bu dərhal aradan qaldırılmalıdır. 2-cisi, normal, demokratik rəqabət şəraitində seçkilər keçirilməlidir, böyük siyasi islahatlar keçirilməlidir. Demokratik seçki keçirməyən bir ölkədə Cümhuriyyətin yubileyinin keçirilməsinin bir mənası olmaz”.

Buna da bax: Elnur Astanbəyli: '...2018-ci il artıq 'Cümhuriyyət ili' olmayacaq'

Prezident İlham Əliyev isə yanvarın 10-da Nazirlər Kabinetinin iclasında deyib ki, bugünkü Azərbaycan, Xalq Cümhuriyyətinin varisidir, indiki hakimiyyət, Cümhuriyyətin bütün demokratik ənənələrinə sadiqdir, onun ənənələrini yaşadır.

Amma prezident əlavə edib ki, Xalq Cümhuriyyəti torpaq itkilərinə yol verib:

«...Torpaq itkilərimiz də olub və bizim tarixi şəhərimiz olan İrəvan Ermənistana verilib. Ona görə, biz Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini çox düzgün təhlil etməliyik. Bu müsbət və çətin məqamları gizlətməməliyik. Amma bütün çətinliklərə və əlbəttə ki, bizim üçün sağalmayan yara olan İrəvanın (Yerevanın – AR) Ermənistana verilməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini dövlət və xalqı yüksək qiymətləndirir».

Buna da bax: Mediada Cümhuriyyət 'davası'

İrəvanın, indiki Yerevan şəhərinin Ermənistana verilməsi ilə bağlı tənqidlər daha əvvəllər də səsləndirilib.

Tarixçi alim Nəsiman Yaqublu deyir ki, həmin tarixi dönəmdə, Xalq Cümhuriyyəti liderlərinin gənc dövlət üçün ata biləcəyi ən doğru addım bu idi:

Nəsiman Yaqublu
Nəsiman Yaqublu

“İrəvan məcburiyyətdən verildi. Fətəli xan gəldi dedi ki, artıq İrəvanın paytaxt olmasını böyük dövlətlər istəyir, tələb edirlər bizdən. Xoyski bu halı hətta “qaçılmaz bəla” adlandırmışdı. Demişdi ki, biz məcburuq ki, oranı ermənilərə verək. Bizim ordumuz yox idi, qoşunlarımız yox idi. Biz Bakı uğrunda mübarizəyə hazırlaşırdıq. Ona görə biz qalmışdıq sual qarşısında – ya Yerevan, ya Bakı”.

Buna da bax: '100-ə nə qaldı?..': 'İstiqlal Bəyannaməsi' kimin əsəridir?

Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyir ki, indiki iqtidar hakimiyyətə gələndən Xalq Cümhuriyyətinə yetərincə qiymət verməyib, onun dəyərləri, həmin dövr təbliğ olunmayıb, Cümhuriyyətin lideri olan Məhəmməd Əmin Rəsulzadəyə qarşı isə hakimiyyətin həmişə barmaqarası münasibəti olub. Əli Kərimlinin sözlərinə görə, şəhərin ən görkəmli yerində Rəsulzadənin heykəli qoyulmalıdır və bu dövlətin qurucusuna ona yaraşan şəkildə davranılmalıdır.

Yeni Azərbaycan Partiyasının yetkililərinin mövqeyi isə budur ki, Rəsulzadə xüsusi olaraq qabardılmamalı, bütün Cümhuriyyət qurucularına bərabər davranılmalıdır.

Buna da bax: İ.Əliyev: 'Cümhuriyyətin fəaliyyətini düzgün təhlil etməliyik'

Əli Kərimli deyir ki, milli özgüvən üçün Xalq Cümhuriyyəti indiki nəslə yetərincə təbliğ olunmalıdır, biz artıq uzun zamandır ki, klassik avtoritarizm şəraitində yaşayırıq. Və bizə təbliğ etmək istəyirlər ki, xalqımıza layiq olan budur. 20 yaşlı gənc də gözünü açıb, polis dəyənəyi görüb, avtoritarizm görüb. Həmin gəncin Cümhuriyyət irsi ilə tanışlığı onda özgüvən yaradacaq”.

Cümhuriyyət irsinin tədqiqatçısı Nəsiman Yaqublu deyir ki, ilk növbədə cümhuriyyət qurucularının məzarları Azərbaycana gətirilməlidir, onların heç birinin məzarı Azərbaycanda yoxdur. Nəsiman Yaqublu deyir ki, Cümhuriyyətçilərin yaşadığı ünvanlara xatirə lövhələrin vurulmalı, onların xaricdə yaşayan yaxınlarının saxladığı sənədlər toplanıb çap edilməli, Cümhuriyyət muzey kompleksi yaradılmalıdır:

Buna da bax: Y.Mahmudov: 'Rəsulzadənin məzarını Türkiyədən Azərbaycana gətirmək ədalətsizlikdir'

«Bu, bir növ cümhuriyyətlərin yarışı olacaq. Elə edə bilərik ki, biz bu yarışda uduzmayaq, ondan qalib çıxaq. Dünyaya açıq şəkildə bəyan etmək üçün daha bir şans yaranıb ki, biz müsəlman Şərqində, türk dünyasında ilk demokratik dövləti qurmuşuq. Nəhayət, dünyaya bir faktı da deyə bilirik ki, 1920-ci il yanvarın 11-dəAzərbaycan bütün dövlətlər tərəfindən Qarabağlı, Zəngəzurlu bir cümhuriyyət kimi tanınmışdı. İndi biz bu faktı qabardıb elan etməliyik ki, 100 il sonra ərazimizin bir hissəsi işğal olunub. Əlimizdə belə bir imkan da var».

Biz Bakı sakinlərini də müzakirəyə qatmışıq, onlardan soruşmuşuq ki, sizcə, Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə hakimiyyət nə etməlidir, hansı tədbirlər görməlidir?

1918-ci ilin mayın 28-də yaradılmış Cümhuriyyət iki il sonra Sovet ordusunun müdaxiləsi ilə süquta uğramışdı.

Azərbaycan bir də müstəqilliyinə 1991-ci ildə, Sovet İttifaqının süqutundan sonra qovuşub.

Buna da bax:

"28 may" qurucularından kimləri tanıyırsınız?
Gözlə

No media source currently available

0:00 0:02:36 0:00

XS
SM
MD
LG