Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:38

Sahibkar: “Məhkəmə qərarı sayan kimdir?”


İllüstrasiya
İllüstrasiya

►“Polisləri tökdülər, guya polislər asayiş qoruyurlar, əslində isə bizim söküntüyə mane olmağımızı əngəllədilər”

“Bir müddət əvvəl icra başçısının müavinlərindən biri məndən ərazini boşaltmağı tələb etdi. Mən də sənədlərimi təqdim edib bildirdim ki, fəaliyyətim tam qanunidir. Sənədlərə gözünün ucu ilə baxdı, başa düşdüm ki, heç nəyin faydası yoxdur. Obyekti sökəcəklərini görüb 1 saylı İnzibati-İqtisad Məhkəməsinə müraciət etdim. Hakim Müseyib Bayramovun sədrliyi ilə iddiama baxıldı və təmin etdi. Həmin qərara görə, ərazidə hər hansı söküntü işlərinin aparılması qadağan olunurdu. Buna baxmayaraq, sökdülər”.

Bunu deyən sahibkar Cabir Sədrəddinov iddia edir ki, ötən il mayın 7-də Yasamal rayon İcra Hakimiyyəti ona məxsus olan və Yasamal rayonu, Şərifzadə küçəsi, 66-da yerləşən obyekti qanunsuz söküb. Sahibkar deyir, obyekti sökməyə gələnlərin qarşısını heç icra məmurları da ala bilməyib:

“İcra məmurlarını da kənara itələdilər. İcra məmurları nə qədər qarşılarını kəsmək istəsələr də, bacarmadılar. Polisləri tökdülər, guya polislər asayiş qoruyurlar, əslində isə bizim söküntüyə mane olmağımızı əngəllədilər. İçərisində müştəri olan çayxananı sökdülər”.

Çayxananı söküntüdən xilas etməyə çalışan sahibkar polislər tərəfindən ərazidən uzaqlaşdırılıb. Əraziyə qayıdanda isə çayxananın yerini şumlanmış vəziyyətdə görüb.

Buna da bax: "Heç əynini geyinməyə qoymadılar, qolunu burub apardılar"- [Video]

"ÇIXARIŞ VARSA, MƏHKƏMƏYƏ VERSİN"

Yasamal rayon icra hakimiyyətindən bildiriblər ki, obyekt qanunsuz fəaliyyət göstərdiyi üçün sökülüb.

Sahibkarsa obyektə dair bütün sənədlərinin olduğunu iddia edir.

İndi sahibkar nə edəcəyini bilmir.

Hüquqşünas Vaqif Alıyev sahibkara çıxış yolundan danışır. Deyir, əgər sahibkarın hazırda mövcud olmayan əmlaka dair dövlət reyestrindən çıxarışı varsa, o, icra hakimiyyətini məhkəməyə verə bilər. Bu zaman icra məmurları da şahid qismində məhkəməyə cəlb oluna bilər.

“Obyektin fotoları, videogörüntüləri də vacib sübutlardan biridir”, - hüquqşünas bildirib.

Hüquqşünas deyir, dövlətin adından çıxan məhkəmə qərarına məhəl qoymadan əmlakı sökmək cinayət əməli hesab olunur.

XS
SM
MD
LG