Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:54

Ermənistan Laçın dəhlizi ilə bağlı ikinci dəfə beynəlxalq məhkəməyə müraciət edib


Laçın dəhlizi
Laçın dəhlizi

Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi quraşdırması ilə bağlı Ermənistan ikinci dəfə BMT-nin Beynəlxalq Məhkəməsinə müraciət edib. Bu barədə dünən – mayın 21-də Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan “İctimai Televiziya”ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, Yerevan gözləyir ki, Beynəlxalq Ədalət Məhkəməsi iddia üzrə yekun qərar çıxarılana qədər Bakıya qarşı müvəqqəti tədbir tətbiq edəcək, Laçın dəhlizi ilə maneəsiz hərəkətin təminatını tələb olunacaq.

Xankəndi erməniləri necə oldu ki, silahlandı? Xankəndinin birbaşa Moskvaya tabe olduğu "Volski dönəmi". #Izahla
Gözlə

No media source currently available

0:00 0:09:16 0:00

Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsinin ofisi də məsələ qaldırıb ki, Bakı nəinki BMT məhkəməsinin aralıq qərarlarına tabe olmur, həm də Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarlarına məhəl qoymur.

BMT-nin beynəlxalq məhkəməsi fevralın 22-də Azərbaycan üzərinə Laçın dəhlizində azad hərəkəti təmin etmək öhdəliyi qoyub. Bu dəhliz Azərbaycanın Qarabağ regionunu Ermənistanla birləşdirir.

Aksiya dayandırılsa da...

Ermənistan ötən ilin dekabrından yolun blokadada olduğunu desə də, Azərbaycan bunu təkzib edərək, dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirir.

Laçın-Xankəndi yolundakı etiraz aksiyasının aprelin 28-də müvəqqəti dayandırılacağı açıqlanıb. Aksiyada iştirak edənlər tələblərinin qismən təmin olunduğunu deyiblər. Bundan öncə – aprelin 23-də isə Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulduğunu bildirib. Bu addım "Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması" ilə izah edilib.

Ermənistan bu ittihamı qəbul etmir. Ermənistan rəsmiləri hesab edirlər ki, sərhəd-buraxılış məntəqəsinin qurulması üçtərəfli bəyanatla ziddiyyət təşkil edir.

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.

XS
SM
MD
LG