Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:46

Yumruq davası

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsraili təhdid edərkən işlətdiyi "Necə ki, Qarabağa, Liviyaya girmişik, onlara da eynisini edə bilərik" bəyanatının Bakıda xoş qarşılanmayacağı gözlənilən idi. Hakimiyyətyönlü media orqanları bu açıqlamanı tənqid etməyə başlayıblar. "Azərbaycan" qəzetində yer alan məqalədə deyilir ki, Türkiyədə bəzi ictimai dairələr, media quruluşları Azərbaycanın torpaqlarının işğaldan azad edilməsində digər ölkələrin iştirakı barədə iddialar irəli sürürlər. "Qarabağa Azərbaycan əsgəri girib", "Hər bir sursatın dəyərini son qəpiyinədək ödəmişik!" və digər yarımbaşlıqlara bölünmüş məqalədə vurğulanır ki, Qarabağ müharibəsində qələbənin müəllifi Azərbaycan ordusu, əsgəri və xalqıdır.

Yumruq davası
XS
SM
MD
LG