Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:28

Yeni layihə haqda: 'Faktiki  tikinti amnistiyasıdır'


Yarımçıq tikililər qaldıqca fəsadı artır, içində yaşayış olanlar var
Gözlə

No media source currently available

0:00 0:05:09 0:00

Yarımçıq tikililər qaldıqca fəsadı artır, içində yaşayış olanlar var (Arxiv. 2021)

"Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Qanuna dəyişiklik gözlənir. Yerli saytların məlumatına görə, dəyişikliyə əsasən, Azərbaycanda tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı xidmətlərə görə sifarişçi haqq ödəməlidir.

Layihədə həmçinin qeyd olunur ki, tikintisi Məcəllənin tələblərinə uyğun aparılmamış, lakin etibarlılıq və təhlükəsizlik tələblərinə uyğunluğuna dair rəyi təqdim edilmiş tikinti obyektlərinin istismarına icazə veriləcək.

Layihə Məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılmalıdır. Lakin bu dəyişiklikdən sonra artıq standartlara uyğun olmayan tikintilərə görə pulla icazələrin veriləcəyi ilə bağlı sosial şəbəkələrdə narahatlıqlar bildirilir. Onlar hesab edir ki, bu, Türkiyədə 2018-ci ildə qeydiyyatsız binalara görə verilən tikinti amnistiyasını xatırladır. Türkiyədə fevralın 6-da baş verən zəlzələlərdə dağılan bir çox binaların da məhz onlar olduğu deyilir.

'Azərbaycan Türkiyə zəlzələsinin nəticələrindən dərs çıxarmalıdır'
Gözlə

No media source currently available

0:00 0:09:21 0:00

"Daha məsuliyyətli yanaşma"

Milli Məclisin deputatı Fazil Mustafa "Turan"a bildirib ki, hazırda da sifarişçi müvafiq publik şəxslərə haqq ödəyir: "Amma dəyişiklikdən sonra bunun bəsit pul qazanma vasitəsinə çevriləcəyinə inanmıram. Türkiyədə baş verən zəlzələ də onu göstərdi ki, bu sahədə müsbət mənada nəzarətedici addımları gücləndirmək məqsədi güdülür".

Deputat bu baxımından hansısa neqativlik gözləmədiyini vurğulayır: "Burada əslində daha məsuliyyətli yanaşmanı tətbiq etmək nəzərdə tutulur. Amma burada norma və standartlar müəyyən olunmalıdır. Elə bir qiymətlər müəyyən oluna bilər ki, sifarişçi layihəni verməkdən imtina edə bilər. Bu, bir az problem yarada bilər və iqtisadi həyatı xeyli zəiflədər. Ona görə də bu məsələdə yanaşma daha çox nəzarətin sərtləşdirilməsi istiqamətində olmalıdır".

'Bir də gördüz Bakıda binalar da çökdü'
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

‘Sırf inşaat infrastrukturu qiymətləndirilməməlidir'

Hüquqşünas Ələsgər Məmmədli də AzadlıqRadiosuna bildirib ki, qanuna dəyişiklik faktiki olaraq tikinti amnistiyasıdır: "Yəni, qanunvericiliyə uyğun şəkildə inşa edilməyən istənilən obyekt mahiyyət etibarilə qanunsuz obyektdir. Ola bilsin ki, bina tikiləndə çoxlu armatur, keyfiyyətli betondan istifadə edilsin. Amma o, 10 min voltluq elektrik xəttinin altında, qaz borusunun üstündə tikilibsə, bu, artıq standartdan çıxır. Qanuna dəyişiklik isə deyir ki, sementi yaxşı olanlara, çox armaturu qoyanlara icazə veriləcək. Amma bu icazə verilən zaman sırf inşaat infrastrukturu qiymətləndirilməməlidir".

Onun sözlərinə görə, bu layihənin reallaşdırılması ciddi problemlər yaradacaq: "Ona görə ki, standartlardan çıxmasına stimul yaradacaq. İndikilər rüşvət verib tikəcək, deyəcək ki, onsuz da 10-15 ildən sonra bizi bağışlayacaqlar. Bəzi araşdırmalara görə, ölkədə 500 mindən çox qanunsuz tikililər var. Bu qanunsuz tikililərin böyük əksəriyyəti də tikinti və ya urbanizasiya baxımından standartsız tikililərdir. Bunlar bu gün faktiki olaraq təhlükə mənbəyidir".

Memar Elçin Əliyev: 'Bu binalar memarlıq pornoqrafiyasıdır'
Gözlə

No media source currently available

0:00 0:05:50 0:00

"Rüşvət alanların gözardı edilməsidir"

Ə.Məmmədli qeyd edib ki, bu qədər qanunsuz tikintilər aparılıbsa, deməli, bunun hamısının arxasında gözyummalar olub: "Bu dəyişiklik da sadəcə bu tikintiyə deyil, rüşvət alanların gözardı edilməsidir. Bundan sonra da bu dəyişiklik nahamar infrastrukturun davamını təşviq edəcək. Digər tərəfdən isə, standartlara uyğun olmayan tikintilərin bundan sonra uyğunluq sertifikatının bir növ alqı-satqı predmetinə çevrilməsi ehtimalı yüksəkdir".

Fevralın 6-da Türkiyədə 7 bal gücündən artıq iki zəlzələ baş verib. İndiyə kimi 35 mindən çox şəxsin həlak olduğu, 100 mindən çox insanın isə yaralandığı açıqlanıb. Ölənlərdən 10-nun Azərbaycan vətəndaşı olduğu bildirilir. Tələfatın arta biləcəyi ehtimal edilir. Dağıntılar altında axtarışlar davam edir.

XS
SM
MD
LG