Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:24

Gənc fəalların iddiası təmin edilmədi


Emin Milli və Adnan Hacızadə iyulun 8-də «Livan» restoranında baş verən münaqişədən sonra həbs olunublar
Avqustun 10-da Səbail rayon məhkəməsində gənc fəallar – Emin Milliylə Adnan Hacızadənin Bakı şəhər Baş Polis İdarəsi, Bakı şəhər prokurorluğu, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğa qarşı iddia ərizəsinə baxılır.

15.30-da başlayan məhkəmə qapalı keçirilib.

Vəkillər məhkəmənin qapalı keçirilməsinə etiraz ediblər.

İddia hüquq-mühafizə qurumlarının gənclərin təqsirsizlik pezumpsiyasının pozulmasıyla bağlı verilib.

Məhkəmə iddianı təmin etməyib.

Daxili İşlər Nazirliyi və prokurorluğun iki bəyanatında Emin Milliylə Adnan Hacızadənin təqsirindən danışılırdı. Bəyanatlarda deyilirdi ki, gənclər xuliqanlıq ediblər və iki nəfəri döyüblər. Buna görə onların saxlanılması qanunidir. Gənc fəalların vəkilləri isə deyirlər ki, onları yalnız məhkəmə təqsirli bilər.

Emin Milli və Adnan Hacızadə iyulun 8-də «Livan» restoranında baş verən münaqişədən sonra həbs olunublar.

Səbail rayon məhkəməsi iyulun 10-da gəncləri 2 ay müddətinə həbs edib.

Gənclərin həbsi bir sıra beynəlxalq təşkilatlar tərəfindən pislənilib.
XS
SM
MD
LG