Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:23

Hüseyn Arabul müalicə olunur


Hüseyn Arabul
Hüseyn Arabul
Oktyabrın 9-da azadlığa çıxan «Barmek-Azərbaycan» şirkətinin prezidenti
Hüseyn Arabul hazırda müalicə olunur.

Arabulun vəkili Abbas Atakişiyev AzadlıqRadiosuna deyib ki, onun səhhətində ciddi problem yoxdur. Bununla belə, qanda şəkəri və qan təzyiqini tənzimləmək, ürəyinin müayinəsi üçün o, həkimə müraciət edib.

Vəkil deyir ki, Arabul həbsdə olarkən damar sıxıntıları nəticəsində iki dəfə huşunu itirib. Yüksək ixtisaslı həkimlərin nəzarətində olub.

Türkiyə vətəndaşı H. Arabul ilk dəfə dövlət əmlakını mənimsəməkdə ittiham olunaraq 5 il şərti cəzaya məhkum olunub. O, cəriməni ödəməyənə və şərti həbs cəzasının müddəti bitməyənədək ölkədən çıxa bilməzdi.

H. Arabul barədə ikinci hökm isə bu il sentyabrın 18-də çıxarılıb. Bu dəfə o, ölkədən qaçmaq cəhdində təqsirləndirilərək 2 illik həbsə məhkum edilmişdi.

Onun hökmdən verdiyi şikayətə Gəncə Apellyasiya Məhkəməsində baxılıb. Barəsindəki həbs cəzası dəyişdirilərək əvvəlki şərti cəzasının qalan hissəsi də üzərinə gəlməklə ona 3 il 6 ay sınaq müddəti təyin olunub və dərhal azadlığa buraxılıb.

Apellyasiya Məhkəməsi Arabulun cəzası başa çatanadək ona Azərbaycandan çıxmaqla bağlı qoyulan qadağanı da ləğv edib. İndi Arabul istədiyi vaxt ölkədən çıxa və geri qayıda bilər. Arabul yaxın vaxtlarda Azərbaycandan gedib-getməyəcəyi barədə qərarını hələlik vəkilinə açıqlamayıb.
XS
SM
MD
LG