Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:41

Ermənistanda etirazlar


Yerevanda Türkiyə-Ermənistan razılaşmasına qarşı etiraz aksiyası
Yerevanda Türkiyə-Ermənistan razılaşmasına qarşı etiraz aksiyası
«Euroasia View»:

«Miras» partiyasının parlament fraksiyasının lideri Stepan Safaryan: «Protokolların nəticəsi hökumət üçün 1 mart hadisələrindən kəskin olacaq». ( 2008-ci il martın 1-də prezident seçkisinin nəticələrinə etiraz olaraq on minlərlə adam küçələrə çıxmışdı).

Türkiyə ilə Ermənistan 2 protokolu imzalayandan bir gün qabaq protokol əleyhinə Yerevanda nümayiş oldu. Orda «Daşnaksutyun» partiyası bəyanat verdi ki, «hökuməti devirməyə xalqı vadar etməsinlər».

«Biz heç kimin istefasını tələb etməyəcəyik. Biz prezidenti, parlamenti, hökuməti, bütün sistemi dəyişəcəyik».

Protokol imzalanan günün səhərisi Yerevan sakinləri əsas küçələrin bəzilərinin qabağını kəsib, barrikada qurmuşdular.

Yerevanda etiraz nümayişinə çıxan 31 yaşlı «Los Anceles» sakini Mkrtçyan:

«Diaspor erməniləri hər yerdə deyirlər ki, Ermənistanı satdılar».

Qloballaşma və Regional Əməkdaşlıq Analitik Mərkəzinin rəhbəri Stepan Qriqoryan:

«Hökumətə etimadı nəzərə alanda cəmiyyətdəki gərginlik arta bilər».

«Los Angeles Times»ın baş məqaləsi:

«Türkiyə ilə münasibətlərin normallaşması Ermənistanın təhlükəsizliyini artırır. Ermənistan daha təhlükəsiz olsa, mövqeyi də yumşala bilər».

«Foreign Policy» məcmuəsi:

«Dünyanın harasında Amerika ilə Rusiyanın istəkləri üst-üstə düşür? – Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasında. Amerika istəyir ki, Qafqaz sabit olsun və enerji Qərbə sərbəst axsın, Rusiya isə köhnə dostu Ermənistanla yeni dostu Türkiyənin arasını düzəltmək istəyir».

«Hürriyet»:

«İmzalanma mərasimində yaşanan böhran göstərdi ki, barışıq prosesi hər an geri dönə bilər».
XS
SM
MD
LG