Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:58

Təhsil Nazirliyi qarşısında “hicab aksiyası” (Video-Fotosessiya)


Təhsil Nazirliyi qarşısında «hicab aksiyası»
Gözlə

No media source currently available

0:00 0:02:11 0:00
Direct-ə keçid
Dekabrın 10-da Təhsil Nazirliyinin qarşısında bir qrup dindar orta məktəblərdə şagirdlərin hicab taxmasına məhdudiyyət qoyulmasına etiraz aksiyası keçirməyə cəhd edib. Polis aksiyanın qarşısını alıb, AzadlıqRadiosunun hadisə yerində olan müxbiri xəbər verir ki, dindarlardan 20-ə yaxını saxlanıb.

Hazırda Təhsil Nazirliyinin qarşısında yüzlərlə polis əməkdaşı toplaşıb. Onlar nəqliyyatın və sakinlərin hərəkətini məhdudlaşdırır.

Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev AzadlıqRadiosuna deyib ki, aksiyada 10 nəfər saxlanıb. Onlar Nərimanov Rayon Polis İdarəsinə aparılıb.

Təhsil naziri Misir Mərdanov jurnalistlərə son açıqlamasında deyib ki, Azərbaycan dünyəvi dövlətdir. “Təhsil haqqında “qanunda da bu məsələyə birmənalı şəkildə münasibət bildirilib:

“Şagirdlərin orta məktəbdə hicab taxması ilə bağlı məsələdə gərginlik yaratmağa ehtiyac yoxdur. On altı yaşlı qızın sinifdə başıbağlı oturması nə məna daşıya bilər? Sinifdən kənarda kim hansı formada istəyir, geyinsin. Amma sinfin öz qayda-qanunu var”.

M. Mərdanov deyib ki, dərsə məktəbli formasında gəlmək qəbul olunmuş qərardır və ona riayət olunmalıdır.

Ayrı-ayrı orta məktəblərdə şagirdlərin hicabla dərsə buraxılmamasına dair şikayətlər var.

XS
SM
MD
LG