Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:32

Fahişələrə siğə istəyirlər


Arxiv foto
Arxiv foto

Türkiyədə İnsan kimi Yaşamı Dəstəkləmə Dərnəyi fahişə qadınların problemləri ilə maraqlanmağa başlayıb. Bu qurum yerli Din İşləri Nazirliyinə müraciət edərək bu qadınların cinsi əlaqəyə girdiyi kişilərlə Mutə nikahı (siğə) kəsilməsini xahiş edib.

Lakin nazirlik bu müraciətə dərhal mənfi cavab verib:

“İstənilən qadın yalnız öz həyat yoldaşı ilə cinsi əlaqəyə girə bilər. Mutə inancımızda haramdır”.


MUTƏ – ZİNANIN QARŞISINI ALA BİLƏR?

Dərnəkdə hesab edirlər ki, dini baxımdan bu qadınların və kişilərin hər dəfə zinaya yol verməsinin qarşısını almaq mümkün olardı. Bunun üçün sadəcə Mutə nikahından istifadə etmək olardı.

İnsan kimi Yaşamı Dəstəkləmə Dərnəyinin başqanı Okşan Öztok fahişəxanaların saxlanmasının tərəfdardır. Çünki yalnız bu yolla subay gənclər evlənənə qədər cinsi həyatlarını tənzimləyə bilərlər:

“Amma çoxları dini baxımdan bundan çəkinir, ora getməyə cəsarət etmir, bu məsələdə bizdən məsləhət istəyirlər. Onsuz da ora gedən kişilərin əksəriyyəti faktiki olaraq siğəyə girmiş olur. Şiələrə görə kişilər bu məsələdə azaddırlar. Hənəfi inancına görə də buna qarşı bir şey yoxdur”.

"GƏRƏK DİNİ İDARƏ FƏTVA VERSİN"

Okşan Öztok hesab edir ki, Mutə qanuniləşməsə, bu cür yerlərdə işləyən qadınlar çox pis vəziyyətə düşmüş olacaqlar:

"Fahişəxanada işləmək istəyən qadınlar var. Istəsək də, istəməsək də, bu cür yerlərə ehtiyac var. Əgər dini baxımdan belə şeyəlrə icazə verilmirsə, onda Mutə nikahı qılına bilər. Hər dəfə qadın yatacağı kişi ilə nikaha girib sonra bu nikahı poza bilər. Gərək, dini idarə bununla bağlı fətva versin”.

Dini Sualları Cavablandırma komitəsindən gələn cavabda isə məsələyə kəskin münasibət bildirilib. Cavabda göstərilib ki, "Quran"da və digər təməl İslami qaynaqlarda istər qadın, istər kişi – həmişə vurğulanır ki, müsəlmanlar cinsi tələbatlarını yalnız öz həyat yoldaşları ilə ödəməlidirlər.

SİĞƏ DİNİ YOX, SİYASİ MƏSƏLƏDİR

Din İşləri Nazirliyinin təmsilçisi Professor Saim Yeprem deyir ki, siğə sünnilər üçün caiz deyil, şiələrdə isə bu məsələ ilə bağlı məhdudiyyətlər var. Məncə,
bu məsələnin dini yöndən daha çox siyasi tərəfi var.

MUTƏ NİKAHI NƏDİR?

Mutə nikahı müəyyən məbləğdə pul və ya əşya qarşılığında qısa müddətliyinə bağlanan nikahdır. Bəzən Mutə nikahını siğə də adlandırırlar.

Hazırda Türkiyədə rəsmi qeydiyyat əsasında 61 fahişəxana fəaliyyət göstərir.

XS
SM
MD
LG