Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:00

Əli Hüseynli: «Biz hansısa məhdudiyyətin yox, azadlığın çərçivəsini göstəririk»


Əli Hüseynli
Əli Hüseynli
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli AzadlıqRadiosuna müsahibə verib.

– Son günlər cəbhə xəttində atəşkəsin pozulması və itkilər haqda intensiv xəbərlər gəlir. Sizcə, bunun səbəbi nədir?

– Son günlərin hadisələrini nəzərdə tutursuzsa, bu, bizi həqiqətən narahat etməyə başlayıb. Təcavüz davam edir. Ermənistan tərəfindən yenə atəşkəs rejimi pozuldu. Təəssüf ki, Azərbaycan milli ordusundan da həlak olan əsgərlər var. Çox gənc əsgərlərdir. Mən onların ailə üzvlərinə başsağlığı verirəm. Bu, bizim qəlbimizi həm siyasət adamı, həm də vətəndaş kimi ağrıdır. Orada yaralananlar var, biz onların şəkillərini sosial şəbəkələrdən görmüşük.

Əslində son bir il ərzində Soçi görüşündən sonra bəyanatlar verilib. Ondan sonra ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə insanların sülhə daha çox hazırlanması ilə bağlı daha çox işlər görülürdü. Bu yaxınlarda həm Azərbaycan, həm də Ermənistan jurnalistləri Moskvada görüşüblər. Yəni, daha çox sülh fonunda yenidən atəşkəsin Ermənistan tərəfindən pozulması çox narahatedici bir faktordur. Amma Azərbaycan Milli Ordusu da bunu çox layiqincə cavablandırıb. Deməzdim ki, bu, müharibənin başlanması üçün siqnaldır. Əksinə, bu, Ermənistanın işğalçı siyasətinin davamıdır. Azərbaycan tərəfi də buna tutarlı cavab verib. Baxmayaraq ki, bu konflikt baş verib, hətta tələf olanlar var, qəbul olunmuş bəyanatlara biz sadiq qalmalıyıq. Yenə də sülh yolunda danışıqlar davam etməlidir.

– Hillary Clinton'un Cənubi Qafqaza səfərini necə dəyərləndirirsiz?

– Hər zaman narahatıq ki, Cənubi Qafqazdakı münaqişələr - Dağlıq Qarabağ, Abxaziya və Osetiya konfliktləri ilə bağlı çox fərqli bəyanatlar verilir. Qərb, Avropa, o cümlədən ABŞ rəsmiləri hesab edir ki, Gürcüstanın ərazi bütövlüyü pozulub və Rusiya tərəfindən işğal olub. Azərbaycanla – Dağlıq Qarabağla bağlı bəyanat veriləndə söylənilir ki, işğal olub. Amma Azərbaycanın tərkibində bir muxtar vilayət kimi mövcud olmuş Dağlıq Qarabağın məhz işğal olunduğu səsləndirilmir. İşğal olunmuş ətraf 7 rayondan söhbət gedir. Açıq formada «Azərbaycanın ərazi bütövlüyü tanınır» deyiləndə, biz Dağlıq Qarabağın da onun içərisində nəzərdə tutulub-tutulmadığını bilmirik. Amerika, Avropa siyasətçiləri ilə bizim şəxsi söhbətlərdə belə onlar bu sualdan yayınırlar. Ona görə də hesab edirəm ki, xanım Clinton'un verdiyi bəyanatlar mövcud şəraitə adekvat deyil. Əslində Dağlıq Qarabağ ərazisi də daxil olmaqla Azərbaycanın digər 7 rayonunun işğalı faktına NATO-nun da, Qərbin də, Avropanın da, ABŞ-ın da uzun illər boyu adekvat reaksiya verməməsi, bəyanatların qəbul olunmaması sonradan Gürcüstan ərazilərinin də işğalına gətirib çıxardı. Təəssüflər olsun ki, ABŞ kimi böyük dövlət, Dövlət Departamenti, NATO, yəni, təhlükəsizliklə məşğul olan təşkilatlar açıq formada dəqiq qiymət verməyiblər. Ümumi söylənilir. Elə NATO-nun Çikaqo sammitinin sənədlərdə də bildirilir ki, NATO Azərbaycanın, Ermənistanın, Gürcüstanın, Moldovanın ərazi bütövlüyünü tanıyır. Nə olsun ki?! Yəni, ərazi bütövlüyünü tanımaya da bilər?! Azərbaycan müstəqil dövlətdir, BMT-nin üzvüdür. Təəssüf olsun ki, bir daha vurğulayıram, ərazi bütövlüyü deyilərkən Dağlıq Qarabağın da həmin ərazi bütövlüyü çərçivəsinə nəzərdə tutulduğu barədə açıq bəyanatlar eşitmirik. Ona görə də bu fikirdən erməni tərəfi, onların siyasətçiləri, politoloqları, siyasətçiləri istifadə edirlər. Hətta onlar da Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını söyləyirlər.
Bakıda aksiya, 21 may 2012
Bakıda aksiya, 21 may 2012
Çox yanlış, yalan fikirlər söyləyirlər ki, guya Azərbaycan müstəqillik əldə edərkən Dağlıq Qarabağ onun tərkibində olmayıb. Hansısa formada Dağlıq Qarabağın müstəqilliyi üçün arqumentlər axtarırlar. Bunu erməni tərəfi ona görə edə bilir ki, beynəlxalq təşkilatların nümayəndələri açıq fikirlər söyləmirlər.

- Müxalifətin aksiyalarının qarşısının alınmasında Azərbaycan hüquq-mühafizə orqanlarının davranışını necə qiymətləndirirsiz? Bu, adekvatdır?

- Son dövrlər Azərbaycan polisinin qanunsuz mitinqlər keçirilirkən mitinq iştirakçıları ilə davranışı nəinki digər postsovet ölkələri ilə, hətta bir çox Avropa, ABŞ-la müqayisədə daha nümunəvidir, daha adekvatdır. Bunu birmənalı olaraq sizə cavab verirəm.

– Bəzən mitinqin qarşısının mülkigeyimlilər tərəfindən alınmasına rast gəlinir.

– Hesab edirsizsə, orda mülkigeyimli şəxslər iştirak ediblər və onlar polis əməkdaşlarıdır, bununla bağlı məhkəmələrə müraciət etmək olar.

–Aksiyaların, mitinqlərin qarşısını alan mülkigeyimliləri DİN rəsmiləri bəzən Polis yanında İctimai Şuranın üzvləri kimi təqdim edirlər.

- Bəli, DİN-in belə bir qurumu var. Səhv etmirəmsə, o, daxili təhlükəsizlik qurumudur. Bu tək Azərbaycanda yox, dünyanın bir çox ölkələrində, ABŞ və Avropada da var. Mitinq, piket zamanı onlar da müdaxilə edə bilirlər. Mülki geyimdə mümkündür. Əsas odur ki, bunun qanuni
Bakıətrafı daçaların sökülməsi
Bakıətrafı daçaların sökülməsi
əsası olsun.

- Söküntünün dayandırılması ilə bağlı əllərində məhkəmə qərarı olan sakinlər bildirirlər ki, rəsmi qurumlar bu sənədlərə məhəl qoymurlar. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri kimi buna münasibətiniz?

- Təəssüf ki, məhkəmə qərarlarının icrası ilə bağlı problemlər mövcuddur. Hansısa söküntünün, hansısa tikintinin dayandırılması haqda məhkəmə qərarı varsa, qərar mütləq icra olunmalıdır. Bütün hakimiyyət orqanları məhkəmə qərarlarına hörmətlə yanaşmalıdır. Bəzi hallar olur ki, bu, baş vermir. Biz müşahidə edirik ki, məhkəmə qərarları icra olunmur, hörmətlə yanaşılmır.

– İnformasiyanın əldə edilməsi haqda və digər bir neçə qanunlara dəyişikliklər təklifi jurnalistlərin fəaliyyətinin məhdudlaşdırılması kimi qiymətləndirilir. Siz bu dəyişiklikləri haqda nə deyə bilərsiz?

– Bu, çox mühüm məsələdir. Parlament ayın 12-də bu dəyişikliklər təklifini müzakirə edəcək. Mənim də təqdimatım olacaq. O, layihəni biz təqdim etmişik. Parlamentin hüquq komitəsi. 2002-ci il «Azərbaycanda insan hüquq və azadlıqlarının tənzimlənməsi haqqında» konstitusiya qanununu müzakirə etsəz, görəcəksiz ki, bizim «İnformasiya əldə etmək haqqında» qanuna təqdim etdiyimiz bu dəyişikliklər həmin konstitusiya qanunun mahiyyətindən irəli gəlir. Məqsəd isə nəyisə məhdudlaşdırmaq yox, siz jurnalistlərin informasiya əldə etmək hüququnuzun çərçivəsini daha dəqiq göstərməkdir. Bu çərçivə daha çox informasiyanı verənlərə aiddir. Yəni, onlar sizlərin müraciətinizi, informasiyanı istənilən halda və ya hansısa əsas olmadan rədd edirlər, informasiya vermirlər. Biz isə hansısa məhdudiyyətin yox, azadlığın çərçivəsini göstəririk.
XS
SM
MD
LG