Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:43

Qanlı olaylara Məhəmməd peyğəmbər haqda bu film səbəb olub


"Müsəlmanların günahsızlığı" filmindən kadr
"Müsəlmanların günahsızlığı" filmindən kadr
-

Filmdəki səhnələrin birində göstərilir ki, Məhəmməd peyğəmbər başqa bir kişnin arvadını ələ keçirmək arzusunu reallaşdırmaq üçün Qurandan özünə sərf edən ayələri sitat gətirir...


Film 5 milyon dollara başa gəlib

“Müsəlmanların günahsızlığı” adlanan və həvəskar səviyyədə çəkilmiş film İslam və onun peyğəmbərini satiraya hədəf edir.

Liviyada Amerika konsulunun da öldürülməsi ilə nəticələnən iğtitşaşlara həmin filmin səbəb olduğu deyilir.

Hər halda sentyabrın 11-də Benqazi şəhərində Amerika konsulluğuna hücum edənlər hərəkətlərini bununla izah edirlər.

Amerikada çəkilmiş “Müsəlmanların günahsızlığı” filmi nəinki Məhəmməd peyğəmbəri insan obrazında canlandırır – İslamda Məhəmməd peyğəmbəri təsvir etmək qadağandır – həm də peyğmbəri ağıl göstəriciləri aşağı olan, qadın düşkünü olan qaniçən bir şəxs kimi təqdim edir.

Filmdəki səhnələrin birində göstərilir ki, Məhəmməd peyğəmbər başqa bir kişnin arvadını ələ keçirmək arzusunu reallaşdırmaq üçün Qurandan özünə sərf edən ayələri sitat gətirir.

Peyğəmbərin özünə bəraət qazandırmasından sonra onun ardıcılları bir ağızdan bəyan edirlər ki, “Quran nə deyirsə, düz deyir. Bizim İslami qaydalarımız necə də gözəldir!”

Filmə etiraz edən nümayişçilər konsulluğa raket zərbələri endiriblər, öldürülən 4
Benqazidəki ABŞ konsulluğu yandırılır, 11 sentyabr, 2012
Benqazidəki ABŞ konsulluğu yandırılır, 11 sentyabr, 2012
nəfərdən biri də ABŞ konsulu Christopher Stevens olub.

Konsulluq binası yandırılıb

Bu hadisə bir daha göstərib ki, Qərbdə adi bir sənət nümunəsi Ərəb dünyasında qəzəb doğura, onsuz da güclü olan anti-Amerika ovqatını daha da qızışdırar.

Bu hadisə 2005-ci ildə Danimarka qəzetində Məhəmməd peyğəmbərin karikaturalarının çapından sonra baş vermiş iğtişaşlara bənzəyir.

Filmdə müsəlmanların xristianların evlərini soyması səhnələri də var. Asayiş keşikçiləri isə seyrçi mövqedədirlər. Onlar deyirlər ki, “soyğunu davam etdirin, işinizi başa çatdıranacan müdaxilə etməyəcəyik”.

Filmi kim çəkib?

Əvvəlcə bildirildi ki, bu, yəhudi əsilli amerialıdır - Sam Bacile, Kaliforniyada yaşayır, daşınmaz əmlak
Sam Bacile
Sam Bacile
biznesi var. Məlumatlara görə, film qalmaqala səbəb olanda sonra qaçaraq gizlənib.

56 yaşlı Sam Bacile deyir ki, filmin çəkilməsi üçün pulu yəhudi donorlar veriblər.

O bundan əvvəl İslam haqda kəskin fikirlər söyləmiş, onu xərçəng xəstəliyi ilə müqayisə etmiş, bu xəstəliyin Amerikaya baha başa gəldiyini, onu İraq və Əfqanıstanda bahalı müharibələr aparmağa məcbur etdiyini demişdi.

Amma sonradan Bacile-in yəhudi yox, misirli koptik xristian olduğu barədə məlumat yayılıb.

2 saatlıq filmi bu ilin əvvəli bircə dəfə Hollywood-dakı kinoteatda da göstəriblər, Bacile deyir ki, zal demək olar ki boş olub.

Filmə dəstək verənlərdən biri də Floridada yaşayan keşiş Terry Jones olub, o, 2010-cu ildə Quranı yandırmışdı.

İndi isə keşiş deyib ki, Liviyada və Misirdə filmə qarşı olan etirazlar müsəlmanların dözümsüzlüyünü göstərir.

Amma iğtişaşların baş verdiyi Benqazi şəhərinin bir sakini isə buna fərqli yanaşır. O deyir:

“Liviyalılar xoşlamır ki, kimsə onların peyğəmbəri haqda pis söz desin. Məhəmməd peyğəmbər Üsamə bin Laden deyil, o başqa kimsə də deyil, o bizim peyğəmbərimizdir”.
XS
SM
MD
LG