Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:27

Gürcüstan müxalifətinin lideri: «Azərbaycanla dostluq münasibətləri quracağıq»


Bidzina Ivanishvili
Bidzina Ivanishvili
-
«Biz çox qısa müddətdə Azərbaycan hakimiyyəti ilə yaxın dostluq münasibətləri quracağıq».

Trend-in məlumatına görə, bu barədə Tbilisidə brifinq zamanı Gürcüstanda parlament seçkilərində qalib gələn müxalif «Gürcü arzusu» koalisiyasının lideri Bidzina Ivanishvili deyib.

«Bizim belə münasibətlərin qurulması üçün bütün imkanlarımız var və bunun üçün bütün səyləri göstərəcəyik», - o, qeyd edib.

Ivanishvili Azərbaycanın sosial ehtiyaclar üçün Gürcüstana güzəştli qaz verdiyinə görə bu ölkənin hakimiyyəti və xalqına təşəkkür edib.

«Təəssüf ki, Gürcüstanın indiki hakimiyyəti Gürcüstan xalqının bu güzəşti hiss etməməsi üçün hər şeyi edir. Hakimiyyət bundan pul qazanmağı güdür, lakin biz buna son qoyacağıq», - Ivanishvili vurğulayıb.

O qeyd edib ki, «ən yaxın münasibətlər»in qurulması üçün bütün şərait var.

«Mən seçkiqabağı səfərlərim zamanı azərbaycanlı həmvətənlərimlə dostlaşdım və bir çox azərbaycanlılarla tanış oldum, bu əməksevər xalqı sevdim. Buna görə də, onların Gürcüstan cəmiyyətinə inteqrasiya etməsi və hökumətdə yüksək vəzifələr tutması üçün hər şeyi edəcəyəm», - o, deyib.
XS
SM
MD
LG