Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:56

Bahar Muradova: «Parlamentin buraxılması qətiyyən mümkün deyil»


Bahar Muradova
Bahar Muradova
-

«Əgər həqiqətən müxalifət aksiya keçirmək istəyirsə, o zaman bunu qanunun müəyyən etdiyi çərçivədə və müvafiq icra hakimiyyətinin onlar üçün icazə verdiyi istənilən yerdə keçirə bilər». Bu fikri jurnalistlərə açıqlamasında Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova deyib. Məlumatı Yeni Azərbaycan Partiyasının saytı yayıb.

Bahar Muradova bildirib ki, əgər həmin partiyalar ayrılan yerdən imtina edəcəklərsə bu, onların səhv qərarı olacaq. Onun sözlərinə görə, şüar seçimi bu düşərgənin öz işidir.

«Eyni zamanda, əgər onlar bu şüarları və tələbləri irəli sürməklə nəyəsə nail olacaqlarını düşünürlərsə, çox yanlış mövqedədirlər. Birmənalı olaraq deyirəm ki, 4-cü çağırış parlamentin vaxtından əvvəl buraxılması və növbədənkənar seçkilərin keçirilməsi qətiyyən mümkün deyil. Qanuni yollarla, xalqın iradəsi əsasında formalaşmış parlament uğurla fəaliyyət göstərir və növbəti seçkilər də zamanında -2015-ci ilin payızında keçiriləcək» – deyə, vitse-spiker vurğulayıb.

2010-cu il parlament seçkilərindən narazıların birləşdiyi İctimai Palata Milli Məclisin buraxılması və yeni seçkilərin keçirilməsi tələbi ilə oktyabrın 13-də aksiya keçirmək istəyirdi. Bu tələb eks-deputat Gülər Əhmədova ilə bağlı yayılan video görüntüdən sonra gündəmə gəlib. Amma Bakı şəhər İcra Hakimiyyəti onlara istədiyi yerdə mitinq keçirməyə icazə verməyib.
XS
SM
MD
LG