Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:57

MSK İlqar Məmmədova əlavə vaxt verdi


İlqar Məmmədov
İlqar Məmmədov
-
Avqustun 24-də Mərkəzi Seçki Komissiyası (MSK) REAL Hərəkatının sədri, məhbus İlqar Məmmədovun sənədlərinin qəbulu müddətinin uzadılmasına dair qərar qəbul edib.

MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, İlqar Məmmədov təcridxanadadır, bu baxımdan sənədlərdə poçtun deyil, təcridxananın möhürü olmalıdır. Belə olmadıqda məktublar anonim sayılır:

«Təcridxanada saxlanan şəxsin adından hansısa quruma ünvanlanan sənədlərin çıxması üçün saxlanılan müəssisənin məlumatı olmalıdır».

MSK sədri Məzahir Pənahov bildirib ki, REAL sədrinin namizədliyinin təsdiq olunmaması üçün hazırda kifayət qədər əsas olsa da, onlar bunu istəmirlər.

MSK İlqar Məmmədovun namizədliyini təsdiqləməyərək, sənədlərin qaydaya salınması üçün ona əlavə vaxt verib.

Azərbaycanda prezident seçkisi oktyabrın 9-da olacaq.

İlqar Məmmədov fevralın 4-dən həbsdədir. Yanvar ayında İsmayıllı rayonunda baş vermiş hadisələrə görə tutulan REAL Hərəkatının sədri kütləvi iğtişaşlarda günahlandırılır.

REAL hərəkatı onu prezidentliyə namizəd irəli sürüb və avqustun 20-də sənədlər MSK-ya təqdim olunub.
XS
SM
MD
LG