Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:47

«Azərbaycan hakimiyyəti Anar Məmmədli ilə bağlı bəyanatları təhlil edir»


Əli Həsənov
Əli Həsənov
-
“Azərbaycan cəmiyyəti Anar Məmmədlinin həbsi ilə bağlı müxtəlif beynəlxalq təşkilatların, dövlətlərin dəyərləndirmələrini və bəyanatlarını mənasız, əhəmiyyətsiz məsələ hesab etmir”.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

APA-nın məlumatına görə, şöbə müdiri bildirib ki, Azərbaycan hakimiyyəti bəyanatlarda səsləndirilən fikirləri təhlil edir:

“Lakin Azərbaycan cəmiyyətinin özünün idarə olunma metodları, prinsipləri və qanuni əsasları var. Azərbaycanın müvafiq orqanları bu və ya digər addımları atmazdan əvvəl ilk növbədə Azərbaycan dövlətinin maraqlarını, qanunlarımızın tələblərini nəzərə alır. Anar Məmmədlinin həbsi ilə bağlı Baş Prokurorluq lazımi açıqlamanı verib və təhqiqat gedir. Başqa yeniliklər olacaqsa, bununla bağlı da açıqlamalar veriləcək”.
XS
SM
MD
LG