Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:40

Sahibkarı müfəttişdən qoruyan beş vacib qayda (İnforqrafika)


-
Əlində qovluq dükana yoxlamaya gələn vergi müfəttişini qapıdan geri qaytarmaq olarmı? 2013-cü il iyulun 2-də president İlham Əliyevin imzaladığı qanuna əsasən - olar.

Məsələn, əgər dükan açılandan əvvəl və yaa bağlanandan sonra gəlibsə. Yaxud, yoxlama zamanı piştaxtadan vaxtı keçmiş məhsul tapılıb – faciədirmi? Əsla, həmin məhsulu zibil qutusuna atmaqla vəziyyətdən çıxmaq olar. Hər halda yenə də həmin qanunda belə bir maddə var.

Bu ilin əvvəlindən qüvvəyə minən həmin qanun sahikarlıq sahəsində aparılan yoxlamalar haqdadır. Burada sahibkarların elə hüquqları öz əksini tapır ki, Azərbaycanda bizneslə məşğul olan və daim saysız-hesabsız yoxlamalardan gileylənən şəxlərə maraqlı gəlmələdir.

Əslində qanunun adından da bəlli olur ölkə prezidenti onu “sahibkarların maraqlarının müdafiəsi” üçün imzalayıb.

Bunu nəzərə alaraq qanundan ən faydalı bildiyimiz 7 maddəni diqqətinizə çatdırırıq. Kiçik və orta bizneslə məşğul olanlara məsləhətdir, bunu çap edib saxlayın. Offisə müfəttiş gələndə köməyiniz ola bilər.
Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunun maddələrindən maraqlı hissələr:

7.1. Yoxlama aparan dövlət nümayəndəsi sahibkarın fəlaiyyətini məhdudlaşdıra, ona qarşı məsuliyyət tətbiq edə və cərimə ala bilməz.

7.8.2. Sahibkarla özünün və ya rəhbərlərinin yaxın qohumluq əlaqəsi olan müfəttişlərə (yoxlayanlara) yoxlama aparmağa icazə verilmir.

Maddə 8.4. Yoxlayıcı orqan məcburi tələblərin tətbiqi ilə bağlı səlahiyyətlərinə aid məsələlər üzrə sahibkara yazılı və şifahi şəkildə izahatlar verməyə, habelə qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına dair metodiki köməklik göstərməyə borcludur.

8.5. Yoxlayıcı orqan bu Qanunun 8.2-ci maddəsində nəzərdə tutulmuş məsələlər üzrə sahibkarların daha operativ məlumatlandırılması məqsədi ilə ödənişsiz telefon məlumat xidməti yaratmalıdır.

20.1. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir.

20.5. Yoxlama yalnız sahibkarın iş vaxtında və iş günlərində sahibkarın yerləşdiyi və ya faktiki fəaliyyət göstərdiyi ünvanda (yoxlamanın aparıldığı ünvan yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilir) aparılır. Yoxlama tədbirləri sahibkarın normal iş rejimini pozmamalıdır.

20.10. Foto, audio və video materiallar, kompyuter məlumatı və digər məlumat daşıyıcıları yoxlamanın materiallarına əlavə edilir və saxlama müddəti ərzində saxlanılır. Foto, audio və video materiallar sahibkarın yazılı razılığı olmadan kütləvi informasiya vasitələrinə təqdim edilə bilməz.

28.7. Aşağıdakı hallarda sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbir tətbiq edilə bilməz:

28.7.1. aşkar edilmiş qanun pozuntusu insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaratmır və ya mühüm zərər vurmur (qanun pozuntusu yaranan təhlükənin və ya vurulan zərərin dərəcəsinə uyğun deyil);

Qanunun tam mətni ilə burada tanış ol.
XS
SM
MD
LG