Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:45

Rauf Mirqədirovun vəkili Fuad Ağayev hədələndiyini deyir

Türkiyədən deportasiya olunan jurnalist Rauf Mirqədirov həbs edilib.

Ona Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə iş başlanıb. Jurnalist hazırda şübhəli şəxs kimi Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılır.

Jurnalistin həbsi ilə bağlı xəbərlər daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir.

14:44 26.4.2014
Rauf Mirqədirovun vəkili Fuad Ağayev hədələndiyini deyir

Vəkil Fuad Ağayev facebook profilində hədələndiyini yazır. O, konkret ad çəkmir, amma yazdıqlarına görə, hədələnməsi jurnalist Rauf Mirqədirovun müdafiəsi ilə bağlıdır.

Vəkil AzadlıqRadiosuna bu statusun ona məxsus olduğunu təsdiqləsə də, yazdıqlarına əlavə şərh vermək istəməyib.

Fuad Ağayev aprelin 19-da Türkiyədən deportasiya olunaraq Bakıda həbs edilən «Ayna»-«Zerkalo» qəzetlərinin əməkdaşı Rauf Mirqədirovun hüquqlarını qoruyur.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov AzadlıqRadiosuna deyib ki, Fuad Ağayev ona hədə-qorxu gəlindiyini iddia edirsə, hüquq-mühafizə orqanlarına müraciət edə bilər.
18:59 25.4.2014
Rauf Mirqədirov məhkəməyə gətirilir. Foto Hafta.az-a məxsusdur.
Rauf Mirqədirov məhkəməyə gətirilir. Foto Hafta.az-a məxsusdur.

Davamı

XS
SM
MD
LG