Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:27

Daha bir «Nida»-çının əfv müraciəti yayıldı


«NİDA»çı gənclər
«NİDA»çı gənclər

-

«NİDA» Vətəndaş Hərəkatının daha bir üzvü, Şahin Novruzlu əfv olunması ilə bağlı prezident İlham Əliyevə müraciət edib. Bu barədə Penitensiar xidmətin internet səhifəsində məlumat verilib. İyulun 8-də yazılan müraciət xidmətin səhifəsində iki gün sonra yayılıb.

Gənc fəalın vəkili Əsabəli Mustafayev də məlumatı təsdiqləyib. 3 saylı İstintaq təcridxanasında saxlanılan Şahin Novruzlu müraciətində törətdiyi əməldən peşman olduğunu bildirir.

«...BUNDAN SONRA HEÇ BİR SİYASİ TƏŞKİLATIN ÜZVÜ OLMAYACAĞAM»

«Möhtərəm cənab Prezident, ötən bir il ərzində keçdiyim qısa gənc həyatıma nəzər salmağa imkanlarım çox olmuşdur. Düşünürəm ki, məhkum olmağım həyatımda ən böyük səhvdir. Mən bu səhvi düzəltmək üçün yenidən bir şans verməyi sizdən xahiş edir, daim göstərdiyiniz insanpərvərlik və humanizm prinsiplərinə söykənərək məni əfv etmənizi rica edirəm.

Qeyd etmək istəyirəm ki, indiyədək heç bir siyasi təşkilatın üzvü olmamışam və bundan sonra heç bir siyasi təşkilatın üzvü olmayacağam.

Möhtərəm cənab Prezident, şəxsim adına söz verirəm ki, həyatımı dövlətimizin layiqli vətəndaşı kimi yaşayacağam». - deyə müraciətdə deyilir.

Şahin Novruzlu ötən ilin yazında «NİDA» Vətəndaş Hərəkatının 7 digər üzvü ilə birgə həbs olunub. Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 may hökmünə görə, gənclər Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı, İlkin Rüstəmzadə 2013-cü il martın 10-da Bakıda kütləvi aksiya zamanı «Molotov kokteyli»ndən istifadəyə hazırlaşmaqda ittiham olunurlar. Gənclər bütün ittihamları rədd edirlər.

Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadəyə 8 il, Məmməd Əzizov, Rəşad Həsənova 7 il 6 ay, Bəxtiyar Quliyev, Üzeyir Məmmədliyə 7 il, Şahin Novruzluya 6 il azadlıqdan məhrumetmə cəzası verilib.

Bundan əvvəl «NİDA» Vətəndaş Hərəkatının daha iki üzvü - Bəxtiyar QuliyevElsevər Mürsəllinin də prezidentə müraciəti yayılıb.

İyulun 11-də həbsdə olan bütün NİDA-çıların hökmdən apellyasiya şikayətinə baxılacaq.

XS
SM
MD
LG