Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:46

«Kreml Makiavellisi» - Mətbuat icmalı


-

Britaniya qəzetləri yazırlar ki, Putin Rusiyanı dağıdacaq. ABŞ qəzetləri isə Rusiyaya rekasiyanın zəifliyindən narazıdırlar. - Mətbuat icmalı

Financial Times qəzeti Putini Kreml Makiavellisi adlandırır və yazır ki, Kreml Makiavellisi Rusiyanı dağıntıya aparır.

Daily Telegraph qəzeti də eyni fikri yazır: Putin Rusiyanı xarabalığa çevirəcək. Qəzetin arqumenti odur ki, Rusiyaya Qərb daha çox lazımdır, nəinki Qərbə Rusiya.

New York Times qəzetinin müxbiri isə yazır ki, Malayziya təyyarəsində 193 vətəndaşı ölən Hollandiyanın müdafiə təhlilçisi Hollandiyadakı vəziyyəti belə təsvir edir: «şok qəzəbə çevrilib və yaxın vaxtlarda bu qəzəb qızışacaq».

Qəzet yazır ki, təyyarənin qəzasının səbəbini hamı başa düşür, Putin blef edir. Ancaq heç kim Putinin blef etdiyini demir. 3-cü dünya müharibəsini kim istəyir?

Qəzetin fikrincə, Hollandiyanın da təyyarə qəzasına reaksiyası Avropa Birliyindəki kimi demək olar ki, əhəmiyyətsiz oldu. Qəzet bunu Hollandiyanın Rusiya ilə böyük ticarət əlaqələri ilə izah edir. Digər səbəb pasifizmdir, Avropa müharibədən qaçır.

Holand yazıçısı Vollmer isə baş nazir Rutteyə yazdığı məktubda deyir ki, «hamı bilir, bizə Qazprom lazımdır».

New York times başqa məqaləsində yazır ki, təyyarənin vurulması ilə bağlı bütün faktları beynəlxalq ekspertlər ortaya çıxartmalıdır. Təyyarənin qara qutularının Malayziya tərəfinə verilməsinə keçən bu neçə gündə bəzi dəlillər burdan silinə bilərdi.

Çox böyük ehtimalla təyyarəni rusiyapərəst yaraqlılar olan ərazidən atıblar. Bu halda Rusiyanın rolu araşdırılmalıdır. Çünki Rusiya yaraqlılara bu sahədə istənilən köməyini inkar edir.

Sərnişin təyyarəsinin vurulması faciədir. Ancaq bu həm də hərbi cinayətdir.

XS
SM
MD
LG