Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:27

«Şəffaflıq Azərbaycan» ciddi problemlə üzləşib


Rəna Səfərəliyeva
Rəna Səfərəliyeva

-

«Transparency International» təşkilatının Azərbaycan milli bölməsi olan «Şəffaflıq Azərbaycan» İctimai Birliyi iki aydan çoxdur ki, donorun ayırdığı vəsaiti ala bilmir.

Bunu AzadlıqRadiosuna birliyin icraçı direktoru Rəna Səfərəliyeva deyib. Onun sözlərinə görə, elə bu səbəbdən də onların bir sıra layihələri həyata keçirməsində problem yaranıb.

«İyunda bizə donordan gələn pulu Unibank texniki səbəbləri əsas gətirərək donora geri qaytarıb. Biz bununla razılaşdıq, doğurdan da qanunvericilikdəki son dəyişikliyə görə texniki səhvlər mövcud idi. Amma ikinci dəfə bank bizə gələn vəsaiti də geri qaytarıb və bu barədə bizə heç səbəb göstərməyib. Bu məsələdən sonra biz bankı dəyişmişik və USAID-dən yenidən pul istəmişik. Bu proseslər iyunun 13-dən baş verdiyinə görə təşkilatımızın maliyyə ilə bağlı ciddi problemi yaranıb. Tədbir keçirə, hesabatları çap edə bilmirik. Fəaliyyətimizi dayandırmamışıq, ancaq bahalı vəsait tələb edən elementləri icra edə bilmirik».

Rəna Səfərəliyeva deyir ki, maliyyə vəsaiti olmadığından bir sıra öhdəlikləri həyata keçirə bilmədiyimizdən bizim bağlandığımız barədə məlumatlar yayılır.

«Amma bu belə deyil. Bizim 4 layihəmiz var, onun dördünə də Ədliyyə Nazirliyi bildiriş verib. USAID-in ən böyük qrant layihəsi 1 milyon dollardır və 2012-ci ilin sentyabrında başlayıb, iki ildir ki, davam edir. 34-38 min dollar olmaqla iki dəfə bizə gələn vəsaiti bank geri qaytarıb».

PROBLEMİ UNIBANK YARADIB

İcraçı direktor yeni bankla eyni problemin olacağını düşünmür.

«Çünki bizim xırda qrantlarımız banka gəlir və biz onları sərbəst xərcləyə bilirik. Əslində Ədliyyə Nazirliyindən bildiriş varsa banklarda digər problem olmamalıdır. Amma UNİBANK bunu yaradıb və bizə də səbəbləri barədə nə şifahi, nə də yazılı məlumat verməyib. Mən bu barədə QHT Şurasına yazmışam».

UNİBANK-dan AzadlıqRadiosuna deyilib ki, bu barədə suala bankın mətbuat xidmətinə göndərəcəyimiz yazılı müraciətdən sonra cavab ala bilərik. Rəna Səfərəliyeva bu məsələdə hökumətin hər hansı maneə yaratması barədə məlumatların da doğru olmadığını bildirir.

Milli Məclisin mayın 2-də keçirilən iclasında «Şəffaflıq Azərbaycan» təşkilatının parlamentin işi ilə bağlı dərc etdiyi hesabat tənqid olunub. Müzakirələr zamanı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli hesabatı qərəzli olduğunu deyib. O, «Şəffaflıq-Azərbaycan» Korrupsiyaya qarşı mübarizə ictimai birliyinin icraçı direktoru Rəna Səfərəliyevanı hüquq müdafiəçisi Leyla Yunusun 100 min manata yaxın pulunu nağdləşdirməkdə ittiham edib.

«Mətbuatdan oxuduğumuz kimi Rəna Səfərəliyeva özü Azərbaycan dövlətçiliyi əleyhinə yönələn başqa korrupsiya faktını yerinə yetirir. Erməni əsilli kəşfiyyatçıları ilə əlaqədə suçlanan Leyla Yunusun külli miqdarda 100 minlərlə pulu nağdləşdirməsinin iştirakçılarından biri də korrupsiya və mübarizədən danışan Rənanın özü olub. Hesab edirəm ki, onların baş ofisi Azərbaycandakı təşkilatlarla əməkdaşlığı dayandırılmalıdır. Azərbaycan parlamentariləri isə həmin təşkilatın heç bir tədbirinə qatılmamalıdır»,-deyə Əli Hüseynli bildirib.

XS
SM
MD
LG